Əsas Səhifə > Cəmiyyət, Manşet > NEFTÇALADA ÜSYAN QORXUSU BAŞÇINI XƏRCƏ SALIB
NEFTÇALADA ÜSYAN QORXUSU BAŞÇINI XƏRCƏ SALIB1-05-2013, 15:10 |
İSMAYIL VƏLİYEV PULUNU «REKETLƏRƏ» QAPDIRDI DİA.AZ: - Redaksiyamıza Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bağlı maraqlı məlumat ötürülüb. DİA.AZ-a xəbəri verən qaynaq bildirir ki, söhbət bir neçə ay əvvəl, yanvar ayının 28-də gecə saat 04 radələrində Neftçalada rayonun baş memarı Təhir Rüstəmovun maşınının sahibkarlar tərəfindən yandırılması ərəfəsində baş verən olaylardan gedir. Mənbənin DİA.AZ-a göndərdiyi məlumatda deyilir: «İcra başçısını həmin ərəfədə Prezident Administrasiyasından ciddi şəkildə danlayırlar. Hakimiyyət istəmir ki, İsmayıllının ardından Neftçalada və yaxud da digər hansısa rayonda analoji hadisə yaşansın. Ona görə də İsmayıl Vəliyevə hətta qısa müddət içində problemi həll etməsi üçün vaxt da verilir. İsmayıl Vəliyev də narazı sahibkarlarla dərhal görüş keçirir. Amma bununla yetinmir və mətbuatda gedən yazıların durdurulması üçün hərəkətə keçir. Bu zaman bir neçə «tanınmış jurnalist» də fürsətin fürsət olduğunu görüb İsmayıl Vəliyevlə bazarlığa girişir». Mənbəmiz bildirir ki, əslində reketçiliklə məşğul olan həmin şəxslər icra başçısına müxalifət qəzetlərində və saytlarda gedən yazıları durduracaqları ilə bağlı vəd verirlər və bunun müqabilində ondan 10 min manat pul istəyirlər: «Təbii ki, icra başçısı bütün mətbuatın 10 min manata susdurulması üçün bazarlığa gedir və tələb olunan vəsaiti verir. Amma sonradan peşman olur. Çünki həmin işbazlar aradan çıxıblarmış». Mənbəmiz bildirir ki, icra başçısı günü bu gün də həmin «jurnalistləri» axtarır, hətta rayona gələn hər jurnalistdən onları soraqlayır…. Geri qayıt |