Əsas Səhifə > Sosial, Manşet > NAZİR DAHA BİR BİZNESİNİ İTİRİR

NAZİR DAHA BİR BİZNESİNİ İTİRİR


8-12-2011, 12:40
NAZİR DAHA BİR BİZNESİNİ İTİRİR

MƏLEYKƏ ABBASZADƏ MİSİR MƏRDANOVUN BOSTANINA DAŞ ATDI

DİA.AZ: - “Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanlar var”. Xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər yer alıb: “Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər”.

TQDK sədri deyib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq. M. Abbaszadə bildirib ki, qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar: “Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”.

Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.

Onu da bildirək ki, təhsil sahəsinə aid kitabların nəşri bisnesi təhsil naziri Misir Mərdanova aiddir. Və son günlər belə bir şayiələr gəzir ki, builki dərs ilinin əvvəlində “kəfəni zor-bəla yırtan” Misir Mərdanov bu gəlirli sahəni də əldən verməli olacaq.

İndi isə TQDK sədri Mərdanovun bostanına yenidən daş ataraq onun ən mühüm qazanc yerlərindən birində “oşibka” tutub. Bu isə, yayılan şaiyələrin doğruluğuna dəlalət edən bir faktor kimi də qəbul oluna bilər.


Geri qayıt