Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT YAZDILAR

İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT YAZDILAR


2-05-2013, 09:39
İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT YAZDILAR
Beyləqan sakinlərinin ölkə prezidentinə ünvanladlğl şikayət xarakterli müraciətdə deyilir: “ Cənab Prezident! Bu, bizim Sizə ünvanladığımız artıq beşinci şikayət məktubudur. Sizə ünvanladlğımız bu müraciətin əsas qayəsi ondan ibarətdir ki, yaşadığımız binanın ərzisinə daxil olan və 200 nəfərin istirahət yeri kimi istifadə etdiyimiz 0, 25 hektar ərazi icra başçısı Vaqif Abdullayevin təhriki ilə Beyləqan şəhər ərazi nümayəndəsi Azil Aslan oğlu Aslanov tərəfində Vahid adlı şəxsə böyük məbləğdə pula satılıb.

Maraqlı haldır ki, icra başçısı Vaqif Abdullayev bir il bundan öncə rayona təyin olunub və bu müddət ərzində əhalinin haqlı tələblərini təmin etmək istəmir. Ən dəhşətlisi isə odur ki, icra başçısı tərəfindən qanunsuz olaraq imzalanmış sərəncam mövcud qanunlarla ziddiyyət təşkil edir və hətta həmin sərəncamın verilməsi üçün əsas sayılan sənədlər arasında torpaq şöbəsinin razılığını əks etdirən sənəd belə yoxdur. Bu həm də onu təsdiq edir ki, icra başçısı ilə torpaq şöbəsi arasında etimadsızlıq hökm sürür.

Hörmətli cənab Prezident! Sizdən xahiş edirik ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin və onun qanunsuz göstərişlərinin icrası ilə məşğul olan, şəhər əhalisi arasında nüfuzdan düşmüş, saxta yollarla diplom əldə edib vəzifələrə soxulan və əhalinin hüquqlarını kobud şəkildə pozan Beyləqan şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində çalışan Azil Aslanovun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün əlaqədar vəzifəli şəxslərə göstəriş verəsiniz!

Şikayət məktubunu binada yaşayan 35 nəfər imzalayıb: 1. Cümşüd Zülfüqarov 2. Mehman Bayramov 3.Ramilə Ağayeva 4. Rafiq Əhmədov 5. Pərnaz Quliyeva 6. Niyaz Quliyev 7. Cəmilə Babayeva və başqaları.

Beyləqandan redaksiyamıza daxil olmuş şikayət məktubundan götürülmüş yuxarıdakı mətindən də görünür ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev ölkə prezidenti cənab İlham Əliyevin rəsmi müşavirələrdə icra başçılarının ünvanına söylədiyi tənqidi fikirdən hələ də normal nəticə çıxarmayıb və rayon əhalisini incitməkdə davam edir.
\ seherxeber \
Geri qayıt