Əsas Səhifə > Dünya > ŞİMALİ KOREYA AMERİKALIYA ACIMADI

ŞİMALİ KOREYA AMERİKALIYA ACIMADI


2-05-2013, 09:59
ŞİMALİ KOREYA AMERİKALIYA ACIMADI
TURİSTƏ 15 İL CƏZA KƏSDİLƏR

Şimali Koreya məhkəməsi Amerika vətəndaşının 15 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib, - “BBC”.

Pxenyanın Ba Xun Xo adlandırdığı Kennet Bey adlı Amerika vətəndaşı ötən ilin noyabr ayında turist kimi Şimali Koreya ərazisinə daxil olub. Şimali Koreya rəhbərliyi onu ölkədə Kommunist partiyasını devirməyə cəhd etməkdə ittiham edir. Onun artıq öz təqrisini boynuna aldığı da bildirilir.

Qeyd edək ki, Amerika vətəndaşı ilə bağlı məhkəmə qərarı ABŞ ilə Şimali Koreya arasında gərginliyin yaşandığı bir vaxtda qəbul olunub. Amerika rəhbərliyi onun azad edilməsini tələb etsə də, KXDR buna məhəl qoymayıb.

Geri qayıt