Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇILARI İLƏ BAĞLI YERDƏYİŞMƏ PLANI
İCRA BAŞÇILARI İLƏ BAĞLI YERDƏYİŞMƏ PLANI2-05-2013, 10:17 |
KİMİ VƏZİFƏSİNDƏN ALINACAQ, KİMİ DƏ HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏDİR DİA.AZ: - Daha bir neçə rayonunun icra başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbələrdən DİA.AZ-a daxil olant informasiyalardan aydın olur ki, nəzərdə tutulan dəyişikliklər əsasən respublikanın iri şəhərlərində baş tutacaq. Mənbənin söylədikləri: «Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən alınaraq Şirvan şəhərinə göndəriləcək. Şirvanın icra başçısını tutan Mərdan Camalov isə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu əvəzləyəcək. Gəncəyə isə sabiq millət vəkillərindən birinin icra başçısı təyin edilməsi gözlənilir». Daxil olan məlumata görə, paytaxt Bakının da bir sıra rayonlarının icra başçılarının vəzifələrindən azad edilməsi gözlənilir: «Seçkilərə qədər Xətai, Nəsimi və Nizami rayonlarının icra başçıları vəzifəlirini itirəcək. Onlardan yalnız Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsiz qalacaq, digərlərinin yeni postlara təyinatı gözlənilir». Xatırladaq ki, Şəmkir və Xaçmaz rayon icra hakimiyyəti başçılarının da vəzifələrindən alınması planlaşdırılır və bu haqda yerli KİV-də də məlumatlar yayılıb. Məlumatı verən qaynaq DİA.AZ-a təhlükəli xəttdə olan icra başçılarının da olduğunu bildirib: «Xətai rayonunun icra hakimiyyətinin başçısı Razim Məmmədovun adı cinayət işində hallandırılır. Eyni zamanda Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev də istintaq orqanlarının hədəfi ola bilər. Daha sonra isə adı qalmaqallı inayət işində hallandırılan, çevrəsində məhkəmə olayları cərəyan edən icra başçıları da var ki, onlardan biri Qaradağın rəhbəri Süleyman Mikayılovdur, digəri isə İimişliyə başçılıq edən Vilyam Hacıyevdir». Geri qayıt |