Əsas Səhifə > Güney Press, Araşdırma > "FREEDOM HOUSE" YENƏ BİZİ QARA SİYAHIYA SALDI
"FREEDOM HOUSE" YENƏ BİZİ QARA SİYAHIYA SALDI2-05-2013, 10:24 |
QEYRİ-AZAD ÖLKƏLƏR SİYAHISINDAYIQ “Freedom House” beynəlxalq insan haqları təşkilatı media azadlığı reytinqi açıqlayıb. Siyahıdakı 197 ölkə üç qrupa bölünür: azad (0-30 bal), qismən azad (31-60 bal), qeyri-azad (61-100 bal). “Media forum” saytı xəbər verir ki, Norveç və İsveç 10 balla ən azad ölkələr statusu qazanıb. Onların ardınca 11 balla Belçika, Finlandiya və Niderland gəlir. Ən qeyri-azad ölkələr isə Şimali Koreya və Türkmənistandır. Keçmiş SSRİ məkanından azad ölkələr srasına Estoniya, Latviya, Litva düşüb. Ukrayna və Gürcüstan qismən azad ölkə sayılıb. Azərbaycan 82 balla qeyri-azad ölkələr sırasında yer alır. Qonşular – Ermənistan (61 bal), Rusiya (81 bal), İran da (92 bal) həmin gündədir. Digər qonşu – Türkiyə 56 balla qismən azad ölkə kimi göstərilir. Geri qayıt |