Əsas Səhifə > Sosial, Manşet > JURNALİSTLƏRİN PREZİDENTƏ TƏKLİFLƏRİ VAR

JURNALİSTLƏRİN PREZİDENTƏ TƏKLİFLƏRİ VAR


2-05-2013, 12:07
JURNALİSTLƏRİN PREZİDENTƏ TƏKLİFLƏRİ VAR
EVLƏRİN PAYLANMASINDA ŞƏFFAFLIQ ÜÇÜN PREZİDENT NƏZARƏTİ LAZIMDIR

DİA.AZ: - Bir qrupp Azərbaycan jurnalisti prezident İlham Əliyevə müraciət hazırlayır. Bu barədə DİA.AZ-a verilən xəbərdə bildirilir ki, qəzetçilərin dövlət başçısına müraciət etmələrinə nədən jurnalistlər üçün inşa olunan binada evlərin ədalətli paylanması naminə bu prosesin şəxsi nəzarətinə götürülməsi istəyilə bağlıdır.

Bildirək ki, müraciətin ölkənin tanınmış jurnalistləri tərəfindən imzalanması da planlaşdırılır və bundan sonra dövlət başçısına göndəriləcək. Müraciətdə deyilir: «Bu gün ən ağır sosial şəraitdə yaşamaq zorunda qalan Azərbaycanın media təmsilçiləri üçün dövlət tərəfindən evlərin paylanması ən böyük dəstəkdir. Və bu səbəbdən Sizin təşəbbüsünüz zamanında və indi də alqışlanmaqdadır.

Amma Azərbaycan reallıqlarını nəzərə alaraq evlərin paylanması prosesinin şəxsi nəzarətinizə götürülməsini Sizdən xahiş edirik.

Çünki hələ indidən müxtəlif kuluarlarda müxtəlif fikirlər, şaiyələr, söz-söhbətlər dolaşmaqdadır. Öz yaxın ətraflarını qəzetlərə staj üçün yazdıranların, jurnalistikaya aidiyyatı olmayanların mətbu imzaya çevrilməsi üçün çaba səfr edənlərin də xəbərlərini eşidirik. Bu isə narahatverici bir haldır. Və Sizin səmimi şəkildə mediaya göstərdiyiniz qayğının iflasa uğradılmasına cəhd kimi dəyərləndirilə bilər».

DİA.AZ bildirir ki, jurnalistlərin dövlət başçısına ünvanlanacaq müraciətində bir təklif də səsləndirilib: «Əgər zərurət yaranarsa, evlər paylanmamışdan öncə namizədlər ümumi müzakirəyə buraxılsın. Yəni bu şəffaflıq təmin edilsin. Əvvəlcədən kimin evlə təmin olacağı bəlli olsun. Və o zaman ictimai rəy hazırlanan siyahıya real qiyməti vermiş olacaq».

Geri qayıt