Əsas Səhifə > Sosial, Manşet > «CƏLİLABADDAN BU İL BOL MƏHSUL GÖZLƏMƏYİN»
«CƏLİLABADDAN BU İL BOL MƏHSUL GÖZLƏMƏYİN»3-05-2013, 10:50 |
YERLİ FERMERLƏR İCRA BAŞÇISININ QOYDUĞU HAQQLARDAN YORULUBLAR DİA.AZ: - Redaksiyamıza Cəlilabad rayon sakinləri adından şikayət məktubu daxil olub. DİA.AZ-a göndərdikləri müraciətlərində fermerlər bildirirlər ki, onlar əvvəllər taxıl əkini ilə məşğul olsalar da, indi karof əkməklə təsərrüfatlarını inkişaf etdirirlər. Amma bu inkişafa inkişaf deyilə bilərsə… Sakinlər yazır: «Bu gün dövlətin kənd təsərrüfatının inkişafı üçün milyonlarla vəsaiti ayırması faktdır. Əslində sovet dönəmindən kənd təsərrüfatı ölkəsi hesab olunan Azərbaycanda müstəqillikdən sonra neftə daha çox ağırlıq düşdü ki, bu da normalda kənd təsərrüfatına zərbə ilə yox, onun inkişafı ilə nəticələnməli idi. Çünki hər kəs neftdən gələn gəlirlərin bir qisminin kənd təsərrüfatına ayrılacağına ümid edirdi. Bəlkə də ayrılır… Amma Cəlilabadda belə deyil. Bu gün Cəlilibadda əkinçiliklə məşğul olmaq ən sonuncu iş hesab olunur. Yəni adamlar çarəsizlikdən torpağın canına düşürlər, ondan pul qazanmağa çalışırlar. Lakin yerli icra strukturlarının özbaşınalığı bu gün Cəlilabad feremrlərinin bir nömrəli probleminə çevrilib». Şikayət müəllifləri yazırlar ki, onların öz əkin sahələrini əkib-becərmələri üçün yerli icra strukturlarını görmələri mütləqdir: «Hələ məhsul əldə edilməmişdən o qədər pul xərcləməli olursan ki, sezonuna qədər ayaqda qalmaq belə problemə çevrilir. Torpağın xışlanması, suvarılması əməlli-başlı problemdir. Bütün bu sahələr isə icra başçısı Əziz Əzizovun adamlarının, kəndlərdəki icra nümayəndələrinin inhisarındadır. Biz Cəlilabad fermerləri olaraq dövlət başçısından xahiş edirik ki, fermer təsərrüfatları üzərində icra hakimiyyətlərinin qeyri-qanuni hökmranlığının aradan qaldırılması üçün müvafiq göstərişlərini versin. Burada detallarını yazmırıq. Amma ehtiyac yaranarsa, dövlət başçısı bizi qəbul edərsə, problemlərimizi olduğu kimi diqqətinə çatdıra bilərik. Əks halda, Cəlilabadda Əziz Əzizovun sayəsində kimsə bol məhsul əldə edə bilməyəcək. Bu həm taxıl əkəninə aiddir, həm də kartof əkəninə». Geri qayıt |