Əsas Səhifə > Şou-biznes > XALQ ARTİSTİMİZ NƏYƏ SEVİNDİ?

XALQ ARTİSTİMİZ NƏYƏ SEVİNDİ?


6-05-2013, 09:10
XALQ ARTİSTİMİZ NƏYƏ SEVİNDİ?
SƏKİNƏ İSMAYILOVANIN TƏLƏBƏSİ MÜKAFAT ALIB

Xalq artisti, dünya ölkələrində tanınan şöhrətli Azərbaycan xanəndəsi Səkinə İsmayılovanın tələbəsi qran-pri mükafatına layiq görülüb.

Xalq artisti bu haqda Milli.Az-a danışıb:

“Bu müsabiqə bütün universitetlərin tələbələri arasında keçirilirdi. Qeyd edim ki, müsabiqə dövlət səviyyəsində, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunmuşdur. 3 gün ərzində tələbələr muğam ifa etdilər. Münsiflərə xalq artisti, Şöhrət ordenli Canəli Əkbərov rəhbərlik edirdi. Qran-pri mükafatına İncəsənət Universitetimizin, mənim tələbəm Murad Abduləzimov layiq görüldü. Müsabiqə Akademik Milli Dram Teatrında qaliblərə mükafatların təqdim edilməsi ilə yekunlaşdı. Murad mənim 1-ci kurs tələbəmdir, çox potensialı var. Bir müəllim kimi mən onun uğuruna çox sevinirəm. Mən həmişə öz tələbələrimlə fəxr etmişəm. Mənim tələbələrim ölkəmizi həmişə xaricdə layiqincə təmsil ediblər”.

Xalq artisti hazırda regionlarda konsert proqramı ilə çıxış etdiyini də bildirib.

Geri qayıt