Əsas Səhifə > Dünya > BAŞ NAZİR ÖLÜMDƏN DÖNDÜ

BAŞ NAZİR ÖLÜMDƏN DÖNDÜ


6-05-2013, 09:34
BAŞ NAZİR ÖLÜMDƏN DÖNDÜ
ONUN MAŞIN KARVANINA HÜCUM EDİLDİ

Misirin hökumət başçısı Hişam Qəndilin avtomobil karvanına paytaxt Qahirə yaxınlığında naməlum şəxslər tərəfindən silahlı basqın olub. Trend in məlumatına görə, bu haqda Türkiyənin Anadolu agentliyi məlumat verib.
Məlumata görə, silahlı basqın nəticəsində Baş nazirin cangüdənlərindən biri yaralanıb. Hişam Qəndilin avtomobil karvanı hadisə yerindən uzaqlaşmağa müvəffəq olub. Silahlı basqınçıların kimliyinin müəyyənləşdirilməsi üçün araşdırılma aparılır.

Geri qayıt