Əsas Səhifə > Sosial, Manşet > HÖKUMƏTİN MÜƏLLİMLƏRLƏ BAĞLI HİYLƏSİ

HÖKUMƏTİN MÜƏLLİMLƏRLƏ BAĞLI HİYLƏSİ


9-12-2011, 11:53
HÖKUMƏTİN MÜƏLLİMLƏRLƏ BAĞLI HİYLƏSİ

SON “MAAŞ ARTIMI” MÜƏLLİMLƏRİN NARAZILIĞINA SƏBƏB OLUB

DİA.AZ: - Azərbaycan hakimiyyəti hər zaman təhsil işçilərinin sosial prolemlərinə bigana yanaşmasına görə tənqid olunurdu. Doğurdan da etiraf olunmalıdır ki, bu gün Azərbaycan müəllimi sosial problemlər burulğanında çabalayır və hökumətin bu yöndəki fəaliyyəti heç cür başa düşülən deyil. Amma bir müddət öncə prezident sərpəncamı ilə təhsil işçilərinin maaşlarının artırılmasının elan edilməsi belə bir inam yaratdı ki, son artım müəllimlərin maddi problemlərini bir qədər azaltmağa xidmət edəcək. Amma necə deyrlər, sən saydığını say, gör Azərbaycan hökuməti nə sayır...

Hökuməti təbliğ edən rəsmi informasiya vasitələrinin »hökumət müəllimlərin maaşını artırdı» kimi ucuz təbliğat şousunun təsiri bitməmiş bu »dövlət qayğısı»nın yeni ÇP-ləri üzə çıxmaqdadır. Bu dəfə isə maraqlı halla qarşılaşırıq: Hökumət müəllimlərin maaşlarınnın yüksəldilməsini elan edir, amma bundan ən çox narazılıq edənlər də elə pedoqoqların özüdür. Bəli, nə qədər paradoksal olsa da bu reallıqdır. »Niyə» sualının cavabı isə çox sadədir.

Redaksiyamıza müraciət etmiş bir qrup müəllimin sözlərindən belə başa düşülür ki, son maaş artımı əslində rəsmi təbliğatda deyildiyi kimi heç də »inqilabi sıçrayış» deyil, əksinə müəllimlər bundan narazıdır. Çünki son artımdan sonra belə bəzi müəllimlər əvvəlki əmək haqqları qədər pul alacaqlar: »Maaş artımından elə pafosla danışırlar ki, guya böyük hadisə baş verib. Əslində isə hökumət son qərarı ilə Azərbaycan müəllimini növbəti dəfə aldatmış oldu. Bu adi bir misalla belə izah edə bilərik. Tutaq ki, artımdan əvvəl bir müəllimin əmək haqqı 160 manat idisə, indi yeni taariflərə uyğun olaraq həmin təhsil işçisinin maaşı 200 manat olub. Amma bu yalnız kağız üzərində belədir. Əslində isə əvvəl 160 manat alan müəllim artımdan sonra cəmi-cümlətanı 164 manat alacaq. Səbəb maaşları 200 manat və ya artıq olan təhsil işçilərindən daha yüksək faizlə gəlir vergisinin tutulmasıdır. İndi reallıq bundan ibarətdir ki, guya müəllimlərin maaşları artırılıb, reallıqda isə artırılan məbləğin çox böyük hissəsi gəlir vergisi adı altında yenidən dövlət büdcəsinə qaytarılır. Görüntü və ucuz təbliğat naminə isə guya müəllimlərin maaşının artırılmasından danışırlar».

Doğurdan da maraqlı sitiusiya yaranıb, hökumət bir yandan təhsil işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müəllimlərin maaşlarını artırdığını bəyan edir, digər tərəfdən isə həmin artım müəllimlərə gəlib çatmamış »yolda itir». Başqa sözlə, hökumət bu dəfə də müəllimlərə kələk gəldi.


Geri qayıt