Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VİDEOSU YAYILAN MƏMURU YOXLAYIRLAR

VİDEOSU YAYILAN MƏMURU YOXLAYIRLAR


6-05-2013, 11:24
VİDEOSU YAYILAN MƏMURU YOXLAYIRLAR
MİKAYIL CABBAROV GÖSTƏRİŞ VERDİ

Barəsində Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdri Məhəmməd Bağırovla adı video qalmaqalına səbəb olan Ələkbərova Fərqanə Əhliman qızının testdən kənar ali təhsil müəsissəinə qəbulu, eləcə də saxta əmrlə müəllim kimi işə qəbul edilməsi üzə çıxdı.

Avropa.info-nun verdiyi xəbərə görə, nəticədə məlum oldu ki,Ələkbərova Fərqanə Əhliman qızı Gəncə müəllimləri İnstitutun “İbtidai təhsilin” qiyabi metodika fakültəsinə 2008-ci il MDAU-nin Bakı filalından köçürülmə ilə gəlib. Halbuki, adı çəkilən müəsissəyə, nə də ki, Dövlət Tələbə Qəbulu üzrə Komisiyaya iş vermədən qəbul edilib.

Hal-hazırda adı çəkilən Ələkbərova Fərqanə Əhliman qızı Kəlbəcər rayon 111 saylı tam orta məktəbində direktorun 01.03.2013-cü il tarixli əmri əsasında müəllimə kimi işə qəbul edilib.Onun işə qəbulunda əsas kimi də guya Gəncə Müəllimləri İnstitutunun son kursunda oxuduğu göstərilib.

Müəllimlər İnstitutunun adı çəkilən fakülətəsi ləğv edildiyindən 111 saylı tam orta məktəbə nə arayış təqdim edilib, nə də başqa bir sənəd... Ümumiyyətlə, Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdri Məhəmməd Bağırov testdən kənar belə yüzlərlə diplomu saxta olan insanları aldadaraq işə qəbul etdirib. Gəncə Müəllimlər İnstitutuna kütləvi şəkildə bu cür köçürülmə yolu ilə 126 tələbə qəbul edilib. Testdən keçməyən, təhsil nazirliyinin məlumat bankında adları olmayan 126 nəfərə saxta tələbə adı verilərək Gəncə Müəllimləri İnstitunun “ibtidai sinif müəllimliyi fakültəsinə köçürülüb. Qeyd edək ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş olan 19.11.2007-ci il tarixli lisenziya 2010-cu il aprelin 27-də ləğv edilib. Moskva Dövlət Açıq Universitetinin rəhbərləri həbs edilib.

Sabiq Təhsil naziri Misir Mərdanovun əmri ilə fəaliyyəti dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələri 4 ali məktəbə köçürülüb. Təhsil Nazirliyinin əmrinə əsasən “tərcümə və tərcüməşünaslıq”, “müəssisənin iqtisadiyyatı və idarəedilməsi” və “hüquqşünaslıq” ixtisaslarında təhsil alan tələbələr “Odlar Yurdu” Universitetində, “idarəetmənin menecmenti” ixtisasında təhsil alan tələbələr Bakı Biznes Universitetində, “dünya iqtisadiyyatı” ixtisasında təhsil alan tələbələr Azərbaycan İctimai-Siyasi Universitetində, “avtomobil və avtomobil təsərrüfatı”, “ibtidai sinif müəllimliyi” ixtisaslarında təhsil alan tələbələr isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsillərini davam etdirəcəklər. Köçürülmə Təhsil Nazirliyinin məlumat bankında adları olan, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan və təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrə şamil edilir.Təhsil Nazirliyin köçürülmə əmrində adı olmayan Gəncə Müəllimləri İnstitutuna rektor Ramiz Məmmədov “ibtidai sinif müəllimliyi fakültəsinə nə cür tələbə köçürülməsi əməliyatına aydınlıq gətirmək artıq hüquqi məsələdir.

Kəlbəcər Təhsil Şöbəsində saxta diplomlar və testdən kənar işə götürülmələrlə bağlı yeni təhsil naziri Mikayıl Cabbarovun artıq araşdırmaların aparılmasına göstəriş verildiyidə bildirilir.

Yazıda adı keçən tərəfləri mövqeyini də dərc etməyə hazırıq.

Geri qayıt