Əsas Səhifə > Güney Press, Araşdırma > QIR QAZANINDA YANAN MİLYONLAR
QIR QAZANINDA YANAN MİLYONLAR6-05-2013, 11:42 |
42 km-lik Salyan-Neftçala yolu çala-cuxur, yamaq-yamaqdır. Bu yola Neftçala rayonunda yerləşən 39 saylı Yol İstisimar İdarəsi xidmət göstərir. Yolun 7 km-i Salyan rayonunun Kürqaraqaşlı inzibati ərazi dairəsindən keçir, qalan 35 km-lik hissəsi isə Surra kəndindən başlayaraq Neftçala rayonu ərazisinə düşür. İşin maraqlı tərəfi budur ki, Neftçalada yerləşən 39 saylı Yol İstisimar İdarəsinin sadəcə quru adı var (bank hesabı, ştamp, möhür, müdir, baş mühasib, işçilər və s. olmağını nəzərdə tutmuruq), yolda mütəmadi olaraq təmir və bərpa işləri aparmaq üçün könhə “Zil” markalı maşından, bir də qoşqulu qır qazanından savayı texnikası, qurğusu yoxdu. Təbii ki, belə formal qurumun saxlanılması büccə vəsaitini müxtəlif yollarla silməyə xidmət edə bilər, yolun abadlığına yox. 39 saylı Yİİ-nin işçiləri ildə bir dəfə Salyan ərazisindəki yolu yamamaq üçün gəlirlər. Elə Salyanda yerləşən 38 saylı anoloji idarənin zavodundan müəyyən material alıb, köhnə qaydada, yəni bel, qır vedrəsi ilə yolu təmir edirlər. Çala-çuxura qum tökülür, üstü qırla şirələnir. Amma bu təmir uzağı növbəti yağışadək davam gətirə bilir. Beləcə qır qazanlarında külli miqdarda büdcə vəsaiti “yandırılır.” Amma Salyanda yerləşən 38 saylı Yİİ-nin gündə 5 min ton asfalt istesal edən zavodu, müxtəlif texnikası, hər cür avadanlığı var. Bu müəssisə 78 km-lik Ələt -Beləsuvar yolunun təmirinə cavabdehlik daşıyır və müntzəm olaraq bu magistral yolda iş aparırlar. Bircə əlləri 7 km-lık Salyan ərazisi sayılan Kürqaraqaşlıya çatmır. Çünki Salyan şəhərinin daxilinə qədər gəlib çıxan bu yol, yuxarıda qeyd edildiyi kimi, digər yol idarəsinə baxır. Bəlkə də 7 km-lik yol kimlər üçünsə az görünə bilər. Amma nəzərə alınmalıdır ki, bu, magistral yoldur. Həmin hissə kəndlərdən keçdiyindən və yaz aylarında süxur sularının səviyyəsi yüksəldiyindən, asfaltın altından keçidlər kecirmək, qaz, su, kanalızasya xətləri çəkməkdən ötrü Salyan sakinləri Nefçala Rayon İcra Hakimiyətindən və orada yerləşən 39 saylı Yİİ-dən icazə almaq üçün bu çala çuxur yollarla gedib-gəlməkdən bezara gəlirlər. Olmazmı ki, qeyd olunan 7 km-lik yol 39 saylı Yİİ-dən alınıb Salyanda yerləşən 38 saylı Yİİ-nə verilsin? Belə olsa, həm yola göstərilən xidmətin keyfiyyəti artar, həm də bu yolda əziyyət çəkən əhalinin (5 min nəfər adamın) narahatlığına son qoyula bilər. infom.az Geri qayıt |