Əsas Səhifə > Sosial, Manşet > ABBAS ABBSOVUN NARKOBARONLUĞUNU SÜBUT EDƏN FAKT
ABBAS ABBSOVUN NARKOBARONLUĞUNU SÜBUT EDƏN FAKT6-05-2013, 12:25 |
RUSİYANIN ADAMININ KİMƏ VƏ NƏDƏN GÜVƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI DİA.AZ: - Bir vaxtlar Azərbaycan hakimiyyətini Qərb təhdid edirdi indi isə Qərb heyrət içindədir! Onu heyrətə gətirən isə Rusiyadır. Belə ki, 2000-ci illərin əvvəllərində Azərbaycan rəhbərliyini Azərbaycanda, Özbəkistanda və eləcə də Rusiyada böyük narkoticarət dövriyyəsində əhəmiyyətli dərəcədə pay sahibi olan Abbas Abbasovu hakimiyyətin yuxarı eşalonunda təmsil etməyə imkan verdiyinə görə təhdid edən Qərb indi Rusiyanın bu şəxsə, yəni ki, Abbas Abbasova önəm verməsindən baş açmır. Abbas Abbasov nədən “Rusiyanın sevimlisi” olsun? Heç kimə sirr deyil ki, hazırki Rusiya kapitalı əlində cəmləşdirən korrupsioner oliqarxın əlindədir və... bir kimsə sərvət sahibi ola bilməz – Qusinski, Potanin, Berezovski və başqa tanınmışların faktiki dəfnindən sonra arada var-gəl edən “psevdooliqarx”lar və “milyoner”lər məlumdur ki, kimə qulluq edirlər və kimin sərmayəsinə qarovulçudurlar. DİA.AZ bildirir ki, Abbas Abbasovun hazırda Rusiyanın bir çox vilayətlərində və ilk növbədə isə Dərbənd və Mahaçqalada iri sənaye və istehsal obyektlərini kurasiya və idarə etməsi diqqətdən yayınmır. Onun burada liman alması isə bir daha narkoticarətçi imicini təsdiqləyir. O mənada ki, narkoyüklər daha çox su yolu ilə, gəmilərlə daşınır. Xəzər vasitəsi ilə İrana çıxış üçün Dağıstan limanından daha sərfəli variant əlbəttə ki, mümkün deyil. Abbas Abbasovun Türkiyədəki dayaqları – qardaş ölkənin narkobaronları ilə qardaşlığı da nəzərə alınsa, əhatə dairəsini genişləndirməkdə niyə maraqlı olduğu anlaşılar. Qərbin isə ehtiyatlanmaları və şübhələri özünü doğrultmaqdadır: Rusiya emissarının faş olan “xəfiyyəlik missiyası” Abbas Abbasov üçün yeni görəv düşünülməyə vadar edib: görüntüdə “biznesmen və iş adamı” obrazında təqdim olunan Abbas Abbasova güvənlik onun ölkədən biznesini və istehsal sahələrini Rusiyaya köçürməsindən sonra başlanıb. Abbas Abbasovun “duet”ləşib vals oynamasını sərgiləməsi bir çox müəmmaları gündəmə gətirir. İyirmibirinci əsrin ilk onilliyinin ilk beşilliyində oğlunun Özbəkistanda həbsi ilə nəticələnən (bu barədə ölkənin antiiqtidar mətbuatı bəs qədər yazıb) və bununla da nəylə məşğulluğu üzə çıxan Abbas Abbasova güvənliyin nədənini belə ehtimallandırır: Rusiya Azərbaycanı təxribatlarla hədələyir və Abbas Abbasov kifayət qədər özündən asılı etdiyi qaragüruh kontingentinə malikdir. O kontingent “narkomanlar və narkobaronlar ordusudur”. Ölkədə narkomaniya ilə mübarizənin gücləndiyi bir vaxtda həbs olunanların bir qismi çəkinmədən Abbas Abbasovun qohumları olmaqlarını bəyan edirlər. Hətta öz oğlunu belə narkoticarətə cəlb edən Abbas Abbasovun “qorxmazlıq” immuniteti onun həm də kriminal qruplaşmalar arasında böyük nüfuz sahibləri ilə dostluğunu diqqətə gətirir. Məlumdur ki, narkotika daha çox cinayətkar aləmin dövriyyəsində və səlahiyyətində olan “istehlak əmtəəsi”dir. Rusiya da kifayət qədər dağıdıcı qüvvəyə və bu qüvvənin komutanına malik olduğunu nümayişkaranə şəkildə sərgiləməklə zamanın nəbzinə hakim olmaq istəyir. Lakin... Biz Abbas Abbasovla bağlı ilginc məlumatları növbəti günlərdə təqdim edəcəyik... Geri qayıt |