Əsas Səhifə > Cəmiyyət > KEÇMİŞ OMON-ÇULAR ƏFV İSTƏDİLƏR

KEÇMİŞ OMON-ÇULAR ƏFV İSTƏDİLƏR


9-12-2011, 12:18
KEÇMİŞ OMON-ÇULAR ƏFV İSTƏDİLƏR

ÖMÜRLÜK MƏHBUSLAR DÖVLƏT BAŞÇISINDAN AZADLIĞA ÇIXMALARINI XAHİŞ EDİRLƏR

Ömürlük həbs cəzasına məhkum edilmir keçmiş OMON-çular Arif Kazımov və Səfa Poladov növbəti dəfə dövlət başçısına müraciət ediblər. TİA.AZ bildirir ki, ömürlük məhbuslar prezidentdən əfv olunmalırını xahiş edərək, onların azadlığa buraxılmalırını istəyib.

Müraciətdə deyilir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə veriləcək əfv fərmanında adlarının olmasını çox istəyirlər. Və ümid edirlər ki, dövlət başçısı humanistlik nümayiş etdirərək, onları azadlığa buraxacaq. «Dekabrın 31-də veriləcək əfv fərmanında adlarımızın yer alacağına böyük ümid bəsləyirik. Düşünürük ki, cənab prezident humanizm nümayiş etdirərək, bizim günahlarımızı bağışlayacaq və azadlığa qovuşmağımızı təmin edəcək».

Xatırladaq ki, Arif Kazımov və Səfa Poladov 15 ildir həbsdədirlər. Onlara əvvəlcə ölüm hökmü verilsə də, sonradan bu hökm ömürlük həbs cəzası ilə əvəzlənib. İndiyə qədər dəfələrlə həm özləri, həm də valideynləri dövlət başçısına edilən müraciətlərinə baxmayaraq, onlar azadlığa buraxılmayıblar.


Geri qayıt