Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOVUN ƏLİNDƏKİ RIÇAQLAR NƏZARƏTƏ ALINIR
İSMƏT ABBASOVUN ƏLİNDƏKİ RIÇAQLAR NƏZARƏTƏ ALINIR7-05-2013, 10:11 |
KTN ŞEFİ İLƏ BAĞLI QƏRAR QƏTİLƏŞİB: YAXIN GÜNLƏRDƏ GÖRƏVDƏN ALINIR DİA.AZ: - Hakimiyyətin prezident seçkilərinə qədər həyata keçirəcəyi islahatlarla bağlı redaksiyamıza maraqlı informasiyalar ötürülüb. İqtidara aid çevrələrdən verilən xəbərə görə, yaxın günlərdə daha bir nazir vəzifəsindən alınmalıdır. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, həmin şəxsin kənd təsərrüfatı naziri İsmət Abbasovun olması barədə deyilənlər həqiqətdir. Xatırladaq ki, bir müddət əvvəl İsmət Abbasovla bağlı konkret faktlara söykənən və böyük korrupsiyanı aşkara çıxaran ciddi informasiyalar mətbuata ötürüldü. Həmin faktlara uyğun olaraq KTN-də təsərrüfatlara kredit siyasətini həyata keçirən kadrlarını dəyişmək zorunda qalan İsmət Abbasov eyni zamanda «yuxarılar» qarşısında da Dünya Bankında kənd təsərrüfatı sisteminin inkişafı məqsədilə ayrılan kreditlərin xərclənməsilə bağlı «hesabat verməli» oldu. Qeyri-rəsmi bilgilərə görə, bu proses zamanı KTN şefinin nə az, nə çox 10 milyon dollar xərci çıxıb. Amma bu da hamısı deyil və İsmət Abbasovun başı üzərindən qara buludlar hələ də çəkilməyib. Məlumatı verən qaynaq iddia edir ki, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hədəfində olan İsmət Abbasovun görəvdən alınması üçün başlanan kampaniya yaxın günlərdə başa çatacaq: «Hələlik İsmət Abbasovuni əlindəki imkanları nəzarətə götürülür. Məsələn, ona aid Bakıdakı şirkətlərdən biri bu yaxınlarda tamam fərqli bir şəxsin adına sənədləşdirilib». Mənbəmiz bildirir ki, bu hadisə əslində İsmət Abbasovun bu çağacan yığdıqlarının böyük bir hissəsinin yağmalanması anlamını daşıyır: «Bu, həm də bəlli bir prinsipin təzahürüdür. Hakimiyyətdən çıxdaş edilənlər yığdıqlarını geridə buraxaraq iqtidar gəmisini tərk edə bilərlər. İndi də eyni aqibəti İsmət Abbasov yaşayır və ona məhdud bir imkan tanınacaq» Geri qayıt |