Əsas Səhifə > Şou-biznes > "MƏN HARA, O HARA..."
"MƏN HARA, O HARA..."9-12-2011, 12:36 |
NİYAMƏDDİN MUSAYEV DOLLARA DÜŞMƏK İSTƏMİR Azərbaycanın xalq artisti Niyaməddin Musayev onu Bencamin Franklinlə müqayisə edənlərə hiddətləndi. Milli.Az xəbər portalı məlumat verir ki, Facebook sosial şəbəkəsində bir çox istifadəçilər yenidən Niyaməddin Musayevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) banilərindən biri Bencamin Franklinlə (Benjamin Franklin) oxşar xüsusiyyətlərini müzakirəyə çıxarıblar. Baxmayaraq ki, sözügedən şəbəkədə xalq artistinin adına profil və qrup fəaliyyət göstərir, Niyaməddin müəllim açıqlamasında internetdən istifadə etmədiyini dilə gətirdi. "Artıq 6-7 ildir ki, bu söhbət müzakirə mövzusuna çevrilib və hələ də gündəmdən düşmür. Başa düşə bilmirəm, kimlərsə bu söhbətin məqsədli şəkildə uzadılmasına çalışırlar? Mənim dolların üzərinə həkk olunmaq kimi arzu və niyyətim yoxdur. Mən hara, Franklin hara... Buna əsəbləşməmək olmur. Nə istəyirlər məndən? Belə çıxır ki, internetdən istifadə etmədiyim üçün kim nə istəyir, necə istəyir, danışmalıdır? Ayıbdır axı", - Musayev hiddət dolu fikirlərini belə izah etməyə çalışdı. Söhbətimiz zamanı öyrəndik ki, xalq artisti dollarla müqayisədə portmonesində milli valyutamızı daşımağa üstünlük verir. Niyaməddin müəllim bunu həddindən artıq vətənpərvər olması ilə əlaqələndirdi. Məlumat üçün bildirək ki, zamanında yüksək intellektə sahib olmuş Bencamin Franklin yazıçı, satirik, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdı. O, həmçinin elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə də tanınır. ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradılması da Franklinin adı ilə bağlıdır. Bencamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atıb. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 1783-cü ildə 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən Versal sülh müqaviləsidir. 1928-ci ildən Bencamin Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur. Geri qayıt |