Əsas Səhifə > Gündəm, Manşet > SABİQLƏRLƏ BAĞLI ŞOK QƏRAR

SABİQLƏRLƏ BAĞLI ŞOK QƏRAR


9-12-2011, 13:11
SABİQLƏRLƏ BAĞLI ŞOK QƏRAR

NİZAMİ XUDİYEV BELORUSİYAYA SƏFİR GEDİR; ƏLİ NAĞIYEV BAŞ NAZİRİN MÜAVİNİ OLACAQ

DİA.AZ: - Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belorusiyadakı səfiri postunda diplomatik missiya müddəti başa çatmış Əli Nağıyevin yeni vəzifəyə gətiriləcəyi ilə bağlı redaksiyamıza əlavə bilgilər daxil olub. Xatırladaq ki, buna qədər də həm Əli Nağıyevin və həm də Tacikistandakı diplomatik missiyasını başa vurmuş, Bakı Şəhər Baş polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əiyevin yeni vəzifələrə gətirələcəyi haqda qəzetlərimizdə davamlı olaraq yazılar yer almaqdadır.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını bilgiləndirən qaynaq idda edir ki, Məhərrəm Əliyevin məsələsinə hələlik tam aydınlıq gətirilməyib: «Ona qarşı hakimiyyət içində konkret bir qruplaşma var. Və həmin ruplaşma sabiq polis rəisinin yenidən mədəni sürgünə göndərilməsi yönündə çaba sərf edir. Bu baxımdan Məhərrəm Əliyevin təkrar yüksək vəzifəyə gətirilməsi bir qədər şübhəlidir. Doğrudur, Məhərrəm Əliyev yenidən siyasətə dönmək niyyətini açıqlayıb və hətta təkrarən hakim Yeni Azərbaycan Partiyasına üzv ola bilməsi üçün müraciət edib. Amma yenə də bu məsələ çox qarışıqdır».

Amma buna baxmayaraq, mənbəmiz keçmiş nazir Əli Nağıyevin Nazirlər Kabinetində yüksək vəzifə tuta biləcəyi haqda ehtimalların yüksək olduğunu söylədi: «Əli Nağıyevin düşməni azdır. Ona qarşı konkret olaraq fəallıq edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də keçmiş nazirin Nazirlər Kabinetinə təyinatını sükutla qarşılayacaq».

Xatırladaq ki, bu yaxınlarda qəzetlərimiz baş nazirin müavini Elçin Əfəndiyevin vəzifəsindən azad ediləcəyi xəbərini yaymışdılar. Bu məlumatı təsdiqləyən Nazirlər Kabinetindəki qaynaq redaksiyamızın əməkdaşları ilə söhbətndə bildirdi ki, həqiqətən də Elçin Əfəndiyev istefaya göndərilir: «Və onun yerinə Əli Nağıyevin gətirilməsi nəzərdə tutulub. Yəni keçmiş nazirin baş nazirin müavini təyin olunması gözləniləndir».

Mənbəmiz söhbət əsnasında başqa bir sabiqin taleyinə aydınlıq gətirildiyini də söylədi. Onun bildirdiyinə görə, bir zamanlar Azərbaycan Dövlət Teleradio Şirkətinə rəhbərlik etmiş Nizami Xudiyev Əli Nağıyevin yerinə Belorusiyaya səfir təyin edilə bilər: «Onun lobbiçiliyini isə dostluq əlaqələrində olduğu bir neçə deputat edib. Həmin deputatların imzası ilə bu günlərdə prezident İlham Əiyevə müraciət olunub və müraciətdə Nizami Xudiyevin bir kadr kimi bu hakimiyyətə lazım olduğu da xüsusi olaraq vurğulanıb. Bundan sonra isə Xudiyevin səfir vəzifəsinə gətirilməsi ideyası yaranıb».

Geri qayıt