Əsas Səhifə > Hadisə > TƏK UŞAQLAR ÜÇÜN XƏBƏR
TƏK UŞAQLAR ÜÇÜN XƏBƏR23-09-2011, 16:17 |
ONLAR HƏRBİ XİDMƏTDƏN AZAD OLUNA BİLƏR Azərbaycanda ailənin tək övladının həqiqi hərbi xidmətdən azad olunması məsələsinə dair parlamentə təkliflər qəbul olunsa da, bunun müzakirəsi gündəmdə deyil. Bu barədə cümə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. "Hərbi çağırışın əsasları haqqında" qanunda qeyd olunub ki, ailənin tək övladına himayəsində 1-ci qrup əlil valideynləri olduqda hərbi çağırışdan möhlət hüququ verilir. Digər hallarda tək övladlar hərbi xidmət keçməlidirlər. Hazırda ailənin tək övladının hərbi xidmətdən azad olunması müzakirə mövzusu deyil", - Novruzov deyib. Komitə üzvü bildirib ki, qanuna magistraturaya daxil olanlara, yaxud daxil olmaq istəyənlərə və xaricdə təhsil alanlara möhlət hüququnun verilməsi ilə bağlı təkliflər irəli sürülüb. "Bunlar ictimaiyyətdən gələn təkliflərdir. Bu təkliflər Komitəyə daxil olub və hazırda müzakirə mərhələsindədir", - Novruzov qeyd edib. Onun sözlərinə görə, təkliflər komitə tərəfindən qəbul olunarsa, onlar "Hərbi çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişikliklər barədə layihə şəklində parlamentin müzakirəsinə çıxarıla bilər. Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov isə cümə günü Trend-ə bildirib ki, parlamentin payız sessiyasında "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Geri qayıt |