Əsas Səhifə > Dünya > İRƏVANDA YEKUN RAZILAŞMA

İRƏVANDA YEKUN RAZILAŞMA


8-05-2013, 09:42
İRƏVANDA YEKUN RAZILAŞMA
YENİ HÖKUMƏTLƏ BAĞLI YEKUN QƏRAR VERİLDİ

Ermənistanın hakim Respublika Partiyası və koalisiya ortağı – Orinats Yerkir Partiyası yeni hökumətə dair yekun razılaşma əldə ediblər. Koalisiyada üç portfellə təmsil olunan Orinats Yerkir Partiyası şəhərsalma, kənd təsərrüfatı və fövqəladə hallar naziri postlarının əvvəlki adamlara həvalə olunmasını istəyib. Hakim partiya isə diaspor, səhiyyə, mədəniyyət, təhsil və elm, təbiəti mühafizə, nəqliyyat və rabitə, əmək və sosial məsələlər, enerji və təbii ehtiyatlar, ədliyyə nazirlərini postda saxlamağa qərar verib.

“Media forum” saytının məlumatına görə, əvvəlki maliyyə naziri Vaçe Qabrielyan hökumət aparatı rəhbəri, aparatın əvvəlki rəhbəri David Sərkisyan maliyyə naziri postlarına namizəd göstərilib.

İdman və gənclər naziri Qraçya Rostomyanı Yuri Vardanyan, iqtisadiyyat naziri Tiqran Davtyanı Vaqram Avanesyanla əvəzləmək qərarlaşdırılıb.

Baş nazirin müavini, ərazi idarəetmə naziri postuna isə yenidən Armen Gevorkyanın namizədliyi verilib.

Geri qayıt