Əsas Səhifə > Dünya > RUSİYA VƏ ABŞ BEYNƏLXALQ KONFRANS ÇAĞIRDI
RUSİYA VƏ ABŞ BEYNƏLXALQ KONFRANS ÇAĞIRDI8-05-2013, 09:59 |
Rusiya və ABŞ Suriya münaqişəsinin həllinə yardım etmək məqsədilə yaxın vaxtlarda beynəlxalq konfrans təşkil etmək barədə razılığa gəlib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Con Kerri ilə keçirdiyi görüşdən sonra bildirib, - “İnterfaks”. Lavrovun sözlərinə görə, beynəlxalq konfrans ən qısa zamanda çağırılmalıdır. Bu konfransın mayın sonlarında keçirilməsi planlaşdırılır. Lavrovun sözlərinə görə, Rusiya və ABŞ həm Suriya hökumətini, həm də Suriya müxalifətini danışıqlar masasına oturtmağa çalışacaq. Rusiya XİN rəhbərinin sözlərinə görə, artıq Suriya hökuməti danışıqlarda iştirak etmək üçün xüsusi komissiya təsis edib. Suriya müxalifəti isə hələlik onların çağırışlarına reaksiya verməyib. ABŞ dövlət katibi Con Kerri isə öz növbəsində bildirib ki, ABŞ və Rusiyanın Suriya məsələsində ümumi maraqları var. Onun sözlərinə görə, hər iki tərəf regional təhlükəsizlikdə və ekstremizmlə mübarizə aparmaqda maraqlıdır. Geri qayıt |