Əsas Səhifə > Şou-biznes > RƏQSANƏDƏN XƏBƏR VAR: GƏLİRMİ?
RƏQSANƏDƏN XƏBƏR VAR: GƏLİRMİ?8-05-2013, 10:17 |
Ötən gün Moskvadan Türkiyəyə səfər edən müğənni Rəqsanə hələki orada planlaşdırdığı sənət işlərinə fasilələrlə davam edəcək. Sənətçi ANS PRESS-ə müsahibəsində səhhətində yaranan problemin onu bu qərarı verməyə vadar etdiyini bildirdi. Təfərrüatı ilə danışmaq istəməyən R.İsmayılova bü günlərdə ağır əməliyyat keçirəcək. Bu, onun nəzərdə tutduğu plastik əməliyyat deyil. “Ancaq bunu deyə bilərəm ki, ağır əməliyyat keçirəcəm. Bunun ardınca anam əməliyyat olmalıdır. İnşallah sağ-salamat ayağa duraq, Türkiyədə planlaşdırılan və son səfərimdə yarıda qoyduğum sənət işlərimi tamamlayacam. Albom hazırlıqları bitəcək və bunun ardınca klip çəkilişi başlayacaq” – deyən Rəqsanə xanım qızı Aysnu da özü ilə aparmağından danışdı: “Qızım əməliyyat zamanı yanımda olmaq istədi. Həm də planlaşdırdıq ki, Aysunun moda sərgisi üçün nəzərdə tutulan parçaları alaq. Eyni zamanda o, bir çox tanınmış modaçılarla görüşəcək. Görüş üçün danışıqlar aparılıb. Fotolarda gördüyünüz xanım Aysuna Moskvada dizayn dərsləri keçir. Onun da qızımın yanında olması vacibdir”. Geri qayıt |