Əsas Səhifə > Partiya > "AZƏRBAYCAN MÜXALİFƏTİ QƏRBƏ ÜZ TUTMALIDIR"

"AZƏRBAYCAN MÜXALİFƏTİ QƏRBƏ ÜZ TUTMALIDIR"


8-05-2013, 10:24
"AZƏRBAYCAN MÜXALİFƏTİ QƏRBƏ ÜZ TUTMALIDIR"
"RUSİYA AZƏRBAYCANA TƏZYİQLƏRİNİ ARTIRIR"

“Son hadisələr göstərir ki, Qərbin və Rusiyanın Azərbaycandakı maraqları toqquşur. Rusiya hər vasitə ilə Azərbaycanı təsiri altına almaq üçün müəyyən addımlar atır.”

Bunu SalamNews-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Zakir Hüseynov deyib.

O bildirib ki, Rusiya açıq-aşkar burada nəzarəti ələ keçirmək istəyir. Qərb də, öz növbəsində Rusiyaya qarşı güc nümayiş etdirməyə çalışır. Müəyyən qüvvələrin Rusiyanın təsir altına düşməsi və burada Rusiyayönümlü hakimiyyəti bərpa etmək istəyi Azərbaycan xalqına qarşı olan xəyanətdir. Düşünürəm ki, Azərbaycan müxalifəti Qərbə üz tutmalıdır. Eyni zamanda Azərbaycanda insan hüquqları və demokratiya Qərb standartlarına uyğunlaşdırılmalıdır.”.

Geri qayıt