Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TURİZM OBYEKTLƏRİ QANIMIZA SUSAYIB

TURİZM OBYEKTLƏRİ QANIMIZA SUSAYIB


8-05-2013, 10:42
TURİZM OBYEKTLƏRİ QANIMIZA SUSAYIB
İSTİ YAY ANONSU QİYMƏTLƏRİ QALDIRIB

Artıq növbəti turizm sezonu başlayır. Vətəndaşlar ölkədə yerləşən turizm mərkəzləri ilə yanaşı dincəlmək üçün xaricə üz tutacaqlar. Lakin ölkə vətəndaşlarını narahat edən məsələ regionlarda yerləşən turizm mərkəzlərinin qiymətinin həddən artıq baha olmasıdır. Belə ki, Şimali Qafqaza təşkil edilən 1 həftəlik istirahət, gündə 5 dəfə yemək və yol xərci daxil 540 manat olduğu halda, həmin pulla bir nəfərin ölkə ərazisində yerləşən turizm obyektlərinə gedib istirahət etməsi mümkün deyil. Bunun üçün ən azı min manata yaxın pul lazımdır. Yaranmış qiymət fərqinə aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Sahib Məmmədova müraciət etdik. FaktXeber.com-a açıqlama verən ekspert bildirdi ki, qiymətlərin baha olması əslində turizm obyektlərinin günahı deyil. Bunun səbəbinin turizm obyektlərinin il boyu təmin edilməməsi ilə bağlı olduğunu bildirən müsahib, “ölkədə il ərzində yalnız yay turizmi mövcuddur və turizm obyektləri yay aylarında bütün illik xərclərini çıxarmaq istəyirlər. Əslində turizmin inkişafı yalnız o vaxt baş tuta bilər ki, sözü gedən obyektlər ilin bütün fəsillərində fəaliyyət göstərsinlər”, - deyə bildirdi:

“Türkiyə və Şimali Qafqazda turizm obyektlərində qiymətlər ona görə əl çatandır ki, onlar il ərzində işləyir və obyektlər hər zaman gəlir gətirir. Biz də isə bu mümkün deyil. Problemin aradan qaldırılması istiqamətində də heç bir iş görülmür. Eyni halda bu sahədə rəqabət mühitinin də aşağı olması qiymətlərin bahalaşmasına gətirib çıxarır.”

Geri qayıt