Əsas Səhifə > Cəmiyyət, Manşet > SÖYÜN SADIQOV VAQİF MƏMİŞOVU QOVDURUR

SÖYÜN SADIQOV VAQİF MƏMİŞOVU QOVDURUR


8-05-2013, 14:14
SÖYÜN SADIQOV VAQİF MƏMİŞOVU QOVDURUR
İŞ ADAMI AÇIQLAMASINDA BARITI ÇOX EDİB

DİA.AZ: - Məlum olduğu kini, bir neçə gün əvvəl adı bir çox qalmaqallarda hallandırılan Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovla birgə olmadığını bəyan edən açıqlama ilə çıxış etdi.

DİA.AZ olaraq Vaqif Məmişovun açıqlamasını xatırladırıq:

“Azərbaycan mediasında Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata köməklik göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edən informasiyalar dərc edilib.

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımının, qazandığı nailiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik”.

Yəni bu mətndən də aydın görünür ki, “Azərros”un Sankr-Peterburqdakı nümayəndəsi olan Vaqif Məmişov Söyün Sadıqovdan bir anın içində vaz keçdiyini ortaya qoyur. Bildirək ki, əslində bu imtinanın səbəbləri barədə də DİA.AZ olaraq oxucularımızı məlumatlandırmışdıq. Redaksiyamıza Rusiyadakı qaynaqlardan sızan informasiyalardan məlum olurdu ki, Sankt-Peterburqda konsul olmaq sevdasına düşən Vaqif Məmişov da artıq anlayıb ki, Azərbaycan dövlətindən vəzifə umursa, bunun üçün xəyanətkarlarla bir sırada dayanmamalıdır.

DİA.AZ-a daxil olan son informasiyalarda isə bildirilir ki, Vaqif Məmişovun Söyün Sadıqovun üzərinə bu şəkildə yeriməsi tərəflər arasında qalmaqala səbəb olub: «Əslində bu şəkildə açıqlamanın verilməsi Söyün Sadıqovun planı idi. Amma Vaqif Məmişov barıtı çox etdiyindən və mətbuata ötürülən müraciətin mətnindən Söyün Sadıqovun xəbərinin olmaması səbəbindən tərəflər bir-biriləri ilə üz-üzə gələsi olublar».

Mənbə iddia edir ki, hətta vəziyyət o həddə çatıb ki, Söyün Sadıqov Vaqif Məmişovu Sankt-Peterburqdan qovdurmaq üçün Kremldəki dayaqlarından ricada da bulunub.

Geri qayıt