Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞOK: “AZƏRBORU” ASC-DƏ ƏLBƏYAXA DAVA DÜŞÜB
ŞOK: “AZƏRBORU” ASC-DƏ ƏLBƏYAXA DAVA DÜŞÜB8-05-2013, 14:22 |
MÜƏSSİSƏDƏN 4 TON MİSİN MÜƏMMALI OĞURLUĞU DİA.AZ: - Ölkənin ər böyük qara metallurgiya müəssisəsi olan “Azərboru” ASC-də ara qarışıb. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, sözü gedən metallurgiya müəssisəsində qarşıdurma yaranıb. Buna səbəb isə “Azərboru” ASC-yə yeni təyin olunmuş rəhbər şəxslərin köhnə işçilərdən vəzifələrində qalması üçün külli miqdarda pul tələb etməsidir. Məlumatlara görə, müəssisənin "Elektro" sexinin rəisi Məmmədağa Koroğluyevin vəzifəsində qalması üçün, “Azərboru” ASC-nin baş direktoru Oqtay Rəfiyev ondan 75 min manat rüşvət alıb. Bundan xəbər tutan “Azərboru” ASC-nin idarə heyyətinin sədri Həsən Muradov isə Məmmədağa Koroğluyevdən daha 50 min manat ödəməsini tələb edib. Əks təqdirdə Məmmədağa Koroğluyev vəzifəsindən qovulacağı ilə hədələnib. Müəssisə rəhbərliyinin özbaşınalıqlarına etiraz edən Məmmədağa Koroğluyev bu səfər təhqirə məruz qalıb və elə bundan sonra sex rəisi “Azərboru” ASC-nin idarə heyyətinin sədri Həsən Muradovla əlbəyaxa olub. Bunun ardınca isə Həsən Muradov “Azərboru” ASC-nin mühafizə xidmətini məsələyə cəlb edib. Müəsissənin mühafizə xidmətinin əməkdaşları tərəfindən Məmmədağa Koroğluyev Həsən Muradova əl qaldırdığı üçün bərk döyülüb və yaxın zamanlarda onun vəzifəsindən kənarlaşdırılacağı bildirilir. Mənbənin bildirdiyinə görə, “Azərboru” ASC-də baş qaldıran özbaşınalıqlar bununla yekunlaşmır. Belə ki, müəssisəyə daha bir yeni təyin olunan, baş energetik Əli Əsədov da köhnə işçiləri gözüm-çıxdıya salmağa başlayıb. Əslən naxçıvandan olan Əli Əsədov əslində Naxçıvanda qəssab işləyib. Bir sözlə ət məhsullarının ticarəti ilə məşğul olub. Qəssablıqdan “Azərboru” ASC-nin Baş energetik vəzifəsinə təyin olunan Əli Əsədov müəsissənin energetika sahəsinin naqillərini ət kimi doğramağa başlayıb. Məlumatlara görə, vaxtı ilə İtaliyadan alınıb müəsisədə quraşdırılan transformatorların 4 ton mis naqillərini Əli Əsədov müəsissənin mühafizə xidmətinin əməkdaşları vasitəsilə oğurlatdıraraq satdırıb. Bundan sonra Sumqayıt Şəhər Polis İdarəsi oğurluq hadisəsi ilə bağlı məsələyə qarşıb. Əli Əsədov isə baş verən cinayətin üstünün açılmaması yönünüdə dəridən-qabıqdan çıxıb. "Qəssab" baş energetik müəsissəyə gələn polisləri görüm-baxım müqabilində yola salıb. Külli miqdarda xərci çıxan Əli Əsədov bir çox işçiləri onu polisə satdıqları üçün cəzalandırmağa qərara verib. Əli Əsədovun cəza növü isə köhnə işçiləri vəzifələrindən qovmaqla özünə yeni "banda" formalaşdırmağına hesablanıb. Baş energetikin ilk şübhələri isə müəsissənin yüksək gərginlik sexinin rəisi, Rahid adlı şəxsin üzərinə yönəlib. Əli Əsədov yüksək gərginlik sexinin rəisi Rahid adlı şəxsi yanına çağıraraq ondan 40 min manat pul tələb edib. Buna səbəb isə Əli Əsədov Rahidə onu polisə satdığı ilə izah edib. Bundan əlavə mənbə bildirir ki, “Azərboru” ASC-nin Texniki Xidmət və Təmir Departamentinin direktoru Süleyman Dadaşov və müəsissənin İstehsalat Departamentinin direktoru Xorşid Xaspoladov da həmkarlarından geri qalmır. Süleyman Dadaşovla Xorşid Xaspoladov tabeçiliklırində olan işçilərə müxtəlif təziyiqlər göstərirlər ki, onlardan pul qoparsınlar. Əks təqdirdə işə müəsissədə çalışıan digər işçilər kimi onlar da işlərindən qovulacaqları ilə hədələnirlər. Geri qayıt |