Əsas Səhifə > Dünya, Manşet > PKK-DA PUL BÖHRANI!

PKK-DA PUL BÖHRANI!


9-12-2011, 17:20
PKK-DA PUL BÖHRANI!

AVROPADAN TERROR TƏŞKİLATINA ÖTÜRÜLƏN MİLYONLARIN ÜSTÜ AÇILDI

DİA.AZ: - Terror təşkilatı PKK-ya Avropadan pul ötürmələrinə qarşı aparılan əməliyyatlar artıq öz nəticəsini verib. Təşkilat böhrana girib. Türkiyənin maliyyə strukturlarının təzyiqi sayəsində terror təşkilatının ciddi böhran keçirdiyi və bu səbəbdən pul axınının yenidən təmin edilməsi üçün Avropadakı liderləriylə təcili yığıncaq keçirilməsinə qərar verildiyi məlum olub.

Türkiyənin «Sabah» qəzetinin yaydığı xəbərə görə PKK-ya ötürülən pul qaynağını ortaya çıxaran Türkiyə həm Şimali İraqda, həm də Avropada ciddi tədbirlər görmüş bu da terror təşkilatının maliyyə mənbəyini çökdürmüşdür. Məlumata görə Avropadan Türkiyə üzərindən PKK-ya banklar vasitəsilə köçürülən pul nəqli MASAK tərəfindən rəsmi olaraq ortaya qoyulub. PKK-ya son bir il içində kuryerer vasitəsilə köçürülən pulun 200 milyon avro, bank sistemi ilə köçürülən pulun isə 20 milyon avro olduğu bilinib. Rəsmi sənədlərə görə kuryeler Avropa-Hakkari-Şırnak, Van-İrak, İran xəttindən istifadə edirmiş. Pulların Almaniya, Hollandiya, Danimarka, Fransa başda olmaq üzrə 14 Avropa ölkəsinin hamısında dövran etdiyi də təyin olunub.

Məlum olub ki, Avropa ölkələrində, PKK-ya dəstək verən təxminən 200 dərnək və vəqf var. PKK-ya pul axınını Kürd Demokratik Xalq Birlikləri (ERNK) təşkil edirmiş. Terror təşkilatının yalnız Almaniyada qadağan edilməsinə qarşı paravan adlarla qurduğu 40-a yaxın dərnəyi var. Bu dərnək və vəqflər vasitəsilə Avropada yaşayan Kürd mənşəli vətəndaşlardan hədiyyə adı altında pul toplanır. Ancaq, son dövrdə Baş nazir Rəcəb Təyyub Ərdoğanın şəxsən dilə gətirdiyi təşkilata dəstək verən vəqfləri Almaniya hökuməti də araşdırması bu yardımların qarşısın aldı.

Aparılan əməliyyatlardan sonra terror təşkilatının üzvləri deşifrə olmamaq, cinayət başında tutulmamaq üçün uzun müddətdir ki, bank şöbələrindən və hesablarından uzaq dayanırlar ki, bu da təşkilatın maliyyə böhranı yaşamasına səbəb olub. Həm yeni pul axınının olmaması, həm də hesablardan pul çıxarılmasının mümkünsüzlüyü PKK-da ərzaq, geyim başda olmaq üzrə silah kimi xərcləri qarşılamaq üçün problemlər yaradıb.


Geri qayıt