Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SALYANDA SU QIZIL QİYMƏTİNƏDİR

SALYANDA SU QIZIL QİYMƏTİNƏDİR


9-05-2013, 10:57
SALYANDA SU QIZIL QİYMƏTİNƏDİR
KÜR QIRAĞINDA SUYUN QİYMƏTİ 12-15 MANATDIR

Ölkənin bir çox rayonlarında, xüsusilə kəndlərdə yaşayan əhali içməli su sarıdan müəyyən əziyyətlər çəkir. Təlabatın ödənilməsi üçün adamlar həyətlərində ya daşdan, ya da dəmirdən çənlər düzəltdirib. Fərdi təsərüffat sahibləri vaxtaşırı avtomobillərlə daşınan suyu pulla alaraq onu doldurtdurur.

Oxşar vəziyyət Salyan kəndlərində də mövcuddur. Burada 10 000 litr suyun qiyməti yaşayış yerinin uzaqlığından asılı olaraq 12-15 manatdır. Avtomobillər həmin suyu Kür çayından qəbul edir və heç bir təmizləyici qurğudan, laborator müayinədən keçirilmir. Çay get-gedə çirklənməyə məruz qaldığından onun suyunun istifadəsi də risq doğurur. İlin hər fəslində suyun fərqli dadı olur.

Müşahidələr belə deməyə əsas verir ki Kür ətrafı bölgədə, əhalinin çoxu qurd xəstəliklərindən əziyyət çəkir, böyrəkləri daş bağlayır, eyni zamanda mədə-bağırsaq pozğunluqlarında dair tibb mühəssisələrinə müraciyyətlər çoxalıb.

Ayrı-ayrı yerlərdə sutəmizləyici qurğuların quraşdırılması ilə problemin qismən həllinə ümid bəslənilirdi. Təəssüf k, bu ümidlər də özünü doğrultmadı. Təntənəli surətdə açılışı keçirilən qurğuların əksəriyyəti sıradan çıxıb. Onların ya “bulağının gözü tutulub”, ya da qurğu öz təmizləyici funksiyasını itirib.

Buna misal olaraq təkcə rayonunun Kürqaraqaşlı inzibati ərazi dairəsinə daxil olan 5 kəndin 4-ündə təmizləyici qurğu var. Onlardan bəziləri ya işləmir ya da, fasilələrlə işləyir. Son vaxtlar bu qurğulardan filtirdən keçməyən lilli su gəlir. Çünki onların əksəriyyətində suyu durultmaq üçün ehtiyat anbarı yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hər qurğuya nəzarətçi təyin edib və ona əmək haqqı ödəyir. Maraqlıdır ki, bəzi qurğular işləməsə də, nəzrətçilərə əmək haqqı ödənilir.
Mütəxəsislər bildirir ki, bu tipli modul stansiyalar heç də lilli suyu durultmaq üçün deyil. Onların təyinatı duru suyu zərərli tərkib və maddələrdən təmizləməkdir. Kür çayının suyu isə o qədər lillidir ki, həmin qurğuların təmizləyici filtrləri dərhal sıradan çıxır və onların mühafizə funksiyası əhəmiyyətini itirir.

Qeyd edək ki, sutəmizləyici qurğuların quraşdırılmasına “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010-cu illər üzrə Kompleks Tədbirlər Planı”na uyğun olaraq prezidentin 20 iyun 2007-ci ildə imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamı əsasında başlanılıb. Sözügedən qurğular Cənubi Koreya, İsrail və Türkiyənin istehsalıdır. İndiyə qədər quraşdırılan qurğuların çoxu Cənubi Koreyadan gətirilib və “Hyundai” şirkətinin istehsalı olan “Osmos” texnologiyalı su təmizləyici cihazlardır. Həmin modul sutəmizləyici stansiyaların alınmasına və quraşdırılmasına büdcədən 15,5 milyon manat vəsait ayrılıb. Bunun 3,4 milyon manatı vergi və digər rüsumlara ödənilib, qalan vəsaitin hamısı sırf qurğuların quraşdırılmasına xərclənib.
Bir qurğuya təxminən 100 min manat pul sərf olunub.infom.az

Geri qayıt