Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVLA BƏYLƏR ƏYYUBOVUN SAVAŞI

ZİYA MƏMMƏDOVLA BƏYLƏR ƏYYUBOVUN SAVAŞI


10-12-2011, 11:16
ZİYA MƏMMƏDOVLA BƏYLƏR ƏYYUBOVUN SAVAŞI

«BAKI» MEHMANXANASININ SÖKÜNTÜSÜ 2 İLDİR YARIMÇIQ QALIB

DİA.AZ: - Artıq iki ildən çoxdur ki, paytaxtın mərkəzində yerləşən «Bakı» mehmanxanasının söküntüsü dayandırılıb. Mehmanxananın sökülməsi barədə 2009-cu ilin sonlarında Bakı Şəhər İcra Hakimiyyəti qərar verib. Qərardan dərhal sonra söküntü işlərinə başlanılıb, lakin binanın müəyyən hissəsi söküləndən sonra naməlum səbəblərdən işlər dayandırılıb. Əldə etdiyimiz məlumata görə, buna səbəb yaranmış mübahisələrlə bağlıdır.

Bina bir vaxtlar Dövlət Əmlak Komitəsinin balansında olub. Lakin sonradan AFFA-nın keçmiş prezidenti mərhum Ramiz Mirzəyevə satılıb. Binada otaqların kiçik və alçaq olması yenidənqurma işlərinin aparılmasına mane olub.

Ona görə Mədəniyyət və Turizm Nazirliyi də binanın sökülməsini və yerində çoxmərtəbəli hotelin tikilməsini məsləhət görüb.

Hazırda mehmanxananın ətrafında 2 hündürmərtəbəli bina tikilir. Ötən il Bakı mehmanxanasının yaxınlığında yerləşən Səməd Vurğun parkının açılışında iştirak edən prezident İlham Əliyev parka baxış zamanı «Bakı» mehmanxanasının da vəziyyətinə diqqət yetirib. Ölkə başçısı bununla bağlı narazılıqlarını bildirib, yarısı sökülmüş binanın şəhərin bu hissəsinin bütün görünüşünü korladığını qeyd edib. Amma binanın gələcək taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Redaksiyamıza daxil olan məlumata görə bu məkana sahiblənmək üçün nəqliyyat naziri Ziya Məmmədovla prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubov arasında mübarizə gedir.

Qeyd edək ki, Bakı mehmanxanası 60-70-ci illərdə inşa edilib. Yada salaq ki, bundan öncə BŞİH-nin qərarı ilə sovetlər dönəmində Bakıda tikilmiş «Abşeron», «Moskva» və «Azərbaycan» mehmanxanaları da sökülüb.


Geri qayıt