Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ 17 KİLO ATDI

MÜĞƏNNİMİZ 17 KİLO ATDI


10-12-2011, 11:28
MÜĞƏNNİMİZ 17 KİLO ATDI

“AMMA DAHA 10 KİLOQRAM ATMAQ LAZIMDIR”

Populyar müğənni Abbas Bağırov Xəzər TV-nin "Starlife" verilişinə açıqlamasında yeni mahnılarını Türkiyədə aranjman etdirdiyini söyləyib.

Day.Az-ın verdiyi məlumata görə, o, bunu aranjmanın daha keyfiyyətli olması üçün etdiyini bildirib.

Abbasın sözlərinə görə, 10 mahnıdan ibarət "Aləm gözəl" albomu artıq hazırdır. "Mahnıların ikisindən başqa, hamısı yenidir. Yaxın vaxtlarda konsert də verəcəyəm. Məhz bu konsertə görə 17 kiloqram arıqlamışam. Amma daha 10 kiloqram atmaq lazımdır", - deyə ifaçı qeyd edib.


Geri qayıt