Əsas Səhifə > Şou-biznes > RÖYANIN QİYMƏTSİZ ÜZÜYÜ

RÖYANIN QİYMƏTSİZ ÜZÜYÜ


10-12-2011, 11:31
RÖYANIN QİYMƏTSİZ ÜZÜYÜ

MÜĞƏNNİ BU BARƏDƏ DANIŞMAQ İSTƏMƏDİ

Zənginlik rəmzi hesab edilən Svarovski qaşlı dəvə formasındakı üzük müğənniyə xüsusi şarm verir.

Milli.Az xəbər portalının məlumatına görə, ötən gün dəstəklədiyi rəfiqəsi, müğənni Sevinc Ağaşirovanın klip təqdimatına qatılarkən estrada ulduzu barmağına taxdığı üzüklə diqqət mərkəzində olub. Svarovski qaşlarla bəzədilmiş kiçik ölçülü dəvənin şəklini çəksək də Röya bu barədə danışmaq istəmədi. Müğənni ən böyük varidatı kimi sahib olduğu səsini misal göstərdi.

Maraqlı olacağını nəzərə alıb bildiririk ki, qədimlərdə, xüsusilə də orta əsrlərdə ərəb zənginlərinin arasında dəvə formalı üzük dəbdə idi. İspaniyanın Əndəlüs vilayəti ərəblərin əlində olduğu zaman Kordova məliklərinin barmaqlarında həmişə dəvə formalı üzük olarmış. Bu zinət əşyası zənginlik və bəxt simvolu kimi qəbul olunurmuş.

Geri qayıt