Əsas Səhifə > Partiya > ELDAR NAMAZOV PLANLARINI AÇIQLADI
ELDAR NAMAZOV PLANLARINI AÇIQLADI10-05-2013, 12:03 |
"DAHA ÇOX İŞ GÖRMƏK LAZIMDIR" “EL” Hərəkatının sədri Eldar Namazov Milli Şura ətrafında proseslərin nə yerdə olduğu haqda danışıb. Bu barədə o, “Qafqazinfo”ya açıqlama verib. Eldar Namazov çox həlledici mərhələyə çatdıqlarını qeyd edib: ”İndi elə mərhələdir ki, daha çox iş görmək lazımdır, nəinki danışmaq. Mən bu prosesə çox nikbin baxıram. Milli Şuranın yaradılmasına çox yaxınıq. Səbrlə, təmkinlə işi başa çatdırmaq lazımdır”. “El” Hərəkatının sədri Milli Şuranın elan olunacağı tarixi də açıqlayıb. ”Biz Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasının 95 illiyini mayın 28-də qeyd edəcəyik. Mən çox arzulayırdım ki, biz 95 ildən sonra müstəqil Azərbaycanda demokratiyaya keçidi qarşısına məqsəd qoyan demokratik qüvvələrin Milli Şurasının yaranmasını elan edək”- deyə vurğulayıb. Eyni zamanda Eldar Namazov iqtidar tərəfindən onlara qarşı son günlər təxribat kampaniyasına start verildiyini də bildirib. “Bir neçə təxribat xarakterli məlumatlar yayıblar. İnformasiyanın birində qeyd olunurdu ki , “El” hərəkatı vəhhabilərlə qapalı görüş keçirib. Sonra Eldəniz Quliyevin Rüstəm İbrahimbəyovla olan telefon danışığını yaydılar. Bu məqamda mənim ağlıma Məşədi İbaddan bir fikir gəldi. Məşədi İbad deyir ki, gəlin oğlan çıxdı, o da qaçdı. Sonra məlumat yayıldı ki, Putin Söyün Sadıqov vasitəsilə Eldar Namazova 2 milyon dollar pul göndərib. Sonra Putin oldu Rüstəm İbrahimbəyov, 2 milyon dollar 100 milyon dollar oldu. Pul qaçdı, amma üzünü görə bilmədik”. Geri qayıt |