Əsas Səhifə > Sosial, Manşet > GƏNCƏDƏ SAXTA TOPAQ ALVERİ

GƏNCƏDƏ SAXTA TOPAQ ALVERİ


10-12-2011, 11:34
GƏNCƏDƏ SAXTA TOPAQ ALVERİ

ELMAR VƏLİYEV SABİQ BAŞÇININ KADRLARINA QARŞI

DİA.AZ: - Dəyişən icra başçılarının özündən əvvəlkilərinə qarşı kampaniya aparması artıq bir ənənə halını alıb. Eyni proses hazırda Gəncə şəhərində də davam etməkdədir. Eldar Əzizovun bütün fəaliyyətini puça çıxaran Elmar Vəliyev indi də ondun dövründə Gəncədə «at oynadan» kadrlara qarşı mübarizəyə başlayıb. Hazırda hədəfdə olan «Azərsənayetikinti» Səhmdar Cəmiyyətinin Gəncə şəhər 3 saylı müəssisəsinin rəhbəri Hidayət Məmmədovdur.

Xatırladaq ki, Hidayət Məmmədov və sözügedən müəssisənin əməkdaşı Məmmədhüseyn Hüseynov öz qanunsuz fəaliyyətləri ilə Gəncədə qalmaqallar yaratmaqla da diqqət çəkirlər. Bu müəssisənin nəzdində güya «İnşaatçı» bağçılıq birliyinin fəaliyyət göstərdiyini iddia edən bu şəxslər Eldar Əzizovun həmin birliyin saxta möhürü ilə torpaqların qanunsuz satışını təşkil ediblər. Belə ki, Hidayət Məmmədov sovetlər birliyi dönəmində Tikinti nazirliyinin balansında fəaliyyət göstərən Gəncə şəhər 3 saylı Tikinti Quraşdırma Trestinin və həmin trestin nəzdində olan «İnşaatçı» Bağçılıq Yoldaşlıq Birliyinin səlahiyyətlərindən hələ də qanunsuz istifadə etməkdədir. Lakin nazirliyin ləğvindən sonra trestin və «İnşaatçı» BYB-nin də ləğv olunması Hidayət Məmmədov və Məmmədhüseyn Hüseynovun özbaşınalığına son qoymamışdır.

Hazırda fəaliyyət göstərən «Azərsənayetikinti» SC-nın Gəncə şəhər 3 saylı müəssisəsi keçmiş Tikinti trestinin varisi sayıla bilməz. Çünki «Azərsənayetikinti» Səhmdar cəmiyyətin sovetlər birliyi dönəmində fəaliyyət göstərən nazirliyin müvafiq tikinti idarəsinə heç bir aidiyyatı yoxdur. Bununla yanaşı Gəncə şəhər 3 saylı müəssisənin keçmiş trestin varisi olmadığı da faktdır. Nəzərə almaq lazımdır ki, 1980-ci illərin sonu, 90-cı illərin əvvəli trestdə çalışan vətəndaşlara bağ evi tikmək üçün torpaqlar paylayan «İnşaatçı» bağçılıq birliyi ləğv olunub və onun sənədlərindən, eləcə də möhüründən istifadə qanunsuzluqdur. Odur ki, adıçəkilən şəxslərin hazırda «İnşaatçı» BYB-nin möhüründən istifadə etməsi qanunazidd olmaqla cinayət tərkibli əməl hesab olunur.

Amma Azərbaycan qanqunvericiliyinin tələblərinə rəğmən Gəncənin «Avtozavod» qəsəbəsində boş torpaq sahələrini keçmiş və ləğv olunmuş «İnşaatçı» Bağçılıq Yoldaşlıq Birlyinin möhürü və saxta sənədləri ilə satan Hidayət Məmmədov qanunsuz əməllərinə son qoymaq istəmir. Bu şəxs öz yaxınlarının və qohumlarının adlarını müəssisəinin işçilər kimi yazdıraraq onlara müxtəlif adlarla arayışlar verir. Bu arayışlar təbii ki, H.Məmmədovun yaxınlarına sosial müavinət və yardımlar almağa yardım edir.

Hazırda M.Hüseynov H.Məmmədovla əlbir olaraq «Avtozavod» qəsəbəsində boş əraziləri hasara almaqla alıcı axtarmaqdadırlar. Onların son aylarda ləğv olunmuş birliyin möhürü ilə 200-dən artıq vətəndaşa köhnə tarixlə torpaq sahələri satmaları acı həqiqətə çevrilib. Hətta bu vətəndaşların arasında elə şəxslər də rast gəlinir ki, onlara köhnə tarixə - 1989-cu ilə verilən arayışa nəzər salanda məlum olur ki, həmin vətəndaş 3 saylı trestdə işləyən zaman cəmi 13 yaşı olub. Keçmiş Sovetlər Birliyi dönəmində 13 yaşlı şəxsin dövlət müəssisəsində işləməsi nə qədər gülüncdürsə, H.Məmmədovun bu cür sənədlərlə vətəndaşları aldadaraq onlardan rüşvət alması o qədər həqiqətdir.

Son anda “Dünya” İnformasiya Agentliyi redaksiyasına verilən məlumata görə, artıq Elmar Vəliyev Eldar Əzizovdan miras qalan bu qanunsuzluqlara da son qoymaqdadır. Belə ki, aidiyyatı orqanlar 3 saylı müəssisənin rəhbəri Hidayət Məmmədovun və Məmmədhüseyin Məmmədov tərəfindən yuxarıda adıçəkilən qəsəbədə boş torpaq sahələri satılan şəxslər də dindiriləcək. Hətta son günlər H.Məmmədov və M.Hüseynov tərəfindən istifadə olunan möhürlərin qanunsuz istifadəsi təsdiqlənib. Bəlli olub ki, bu şəxslər «İnşaatçı» BYB ləğv olunduqdan sonra birliyə məxsus möhürü təhvil verməyiblər.


Geri qayıt