Əsas Səhifə > Partiya > TURQUT QƏMBƏRİN VƏKİLİ DANIŞMAQ İSTƏMƏDİ
TURQUT QƏMBƏRİN VƏKİLİ DANIŞMAQ İSTƏMƏDİ10-05-2013, 12:39 |
NƏ ÇƏTİN SUAL İMİŞ “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu gün 10 sutkalıq inzibati həbsdən sonra azadlığa çıxırlar. Fəallar aprelin 30-da Bakıda “Terrora yox!” şüarı ilə keçirilən aksiyada tutulublar. Mayın 10-da Turqut Qəmbərin vəkili Nemət Kərimli “Media forum”a deyib ki, fəalların azadlığa buraxılma vaxtı dəqiq bilinmir: “Hakim qərarda saxlanma vaxtını göstərməyib. Bu, qanunsuzluqdur. Vaxt qeyd olunmadığından Turqut Qəmbər və Əbülfəz Qurbanlının konkret saat neçədə buraxılacağı dəqiq bilinmir. Onları günün sonuna qədər saxlaya da bilərlər”. “Turqut Qəmbərlə görüşdünüzmü” sualını vəkil belə cavablandırıb: “Bu barədə danışmaq istəmirəm. Turqut azadlığa çıxandan sonra bu barədə məlumat veriləcək”. \ "Media forum" \ Geri qayıt |