Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN PƏNAH HÜSEYNƏ DƏSTƏK

İRANDAN PƏNAH HÜSEYNƏ DƏSTƏK


10-12-2011, 11:44
İRANDAN PƏNAH HÜSEYNƏ DƏSTƏK

FARS-MOLLA REJİMİ SABİQ BAŞ NAZİRİN HANSI SÖZÜNÜ BƏYƏNİB?

DİA.AZ: - Bir neçə gün əvvəl keçmiş baş nazir Pənah Hüseyn Açura gününün tətil olması ilə bağlı təkliflə çıxış etdi. Doğrudur, onun bu sözləri yerli cəmiyyətimizdə də rezonans yaratdı, amma əsl rezonans İrandan gəldi. DİA.AZ olaraq İran xəbər portalında yer alan antiAzərbaycan ruhlu daha bir məlumatı diqqətinizə çatdırırıq:

“Bu günləri Arazının o tayında İranın tarixi saxtalaşdırılır, şiələr təhdid və repressiyalarla üzləşir

"Aranews"in məlumatına əsasən, "Şəriət məhkumları" silsilə görüşlər Məhərrəm ayında imam Hüseyn (ə) əzadarlarının iştirakı ilə Təbriz məscidlərində davam etdi.

Keçən həftənin bazar günü Tasua günü ilə eyni zamanda bu görüşün yeddinci toplantısı Həsən Qulu və höccətül-islam Dadaşzadənin çıxışları ilə Təbrizin Miyanə məscidində keçirildi. Maralan rayon əhalisinin də qatıldığı bu toplantıda Həsən Qulu,Qafqaz regionunda İslamın vəziyyətini təhlil edərək, Azərbaycan Respublikasında islamçılığın yeni hərəkatının vəziyyəti barədə araşdırmalarını açıqladı.

O, Azərbaycan Respublikasında hazırkı vəziyyəti təhlil edərək, islamçıların hərəkatının həzrət Seyyiduş-şühədanın (ə) şüarlarından və "heyhat, minnəzillə"dən ilham aldığını bildirdi.

Qafqaz məsələləri üzrə ekspert Həsən Qulu həmçinin, bu ölkə islamçılarının mədəni və fikri potensiallarına işarə etdi və Azərbaycanda ümumi camaatın dini təzahürlərə, əsasən də hicaba təmayülündən xəbər verdi.

Ekspert, Azərbaycan Respublikasında şiələrin əzadarlığına qarşı yaranmış məhdudiyyətlərə də toxunaraq, əhalisinin 85%-ni şiələr təşkil edən bir ölkədə Aşura gününün tətil olmamasını bildirdi.

Aran İnstitutunun müdiri çıxışının başqa bir hissəsində sionistlərin Azərbaycan Respublikasında nüfuzuna işarə edərək dedi: "Tarixə nəzər saldıqda görürük ki, "Vamberi kimi yəhudilər öz qərəzli nəzəriyyələri ilə bu region müsəlmanları ilə digər müsəlmanlar arasında ixtilafa zəminə yaradıblar və hətta bu ərazinin tarixinin dəyişdirməkdə də rolları olubdur".

Qulu artırdı: "Arazın o tayındakı anti-şiəliyin əsas səbəbi sionistlərdir və onlar bu xalqın öz tarixi məzhəb və mədəniyyətinə qayıtmasından qorxurlar".

Toplantının davamında höccətül-islam Dadaşzadə Azərbaycan Respublikası müsəlmanları və hakimiyyət arasındakı münaqişələrə işarə edərək edərək dedi: "Şiəliyin parlayan məşəli sönəsi deyil. Bu günləri bizim qonşuluğumuzda şiə təlimləri ilə mübarizə aparırlar, amma AR şiələrinin imam Hüseynə (ə) eşq və məhəbbəti göstərir ki, bu mübarizə davam edir və şiəlik məşəli sönməyəcək".

Dadaşzadə dünya xalqının İslamı istəməsinin dalğalarının şiə məktəbindən qaynaqlandığına işarə edərək dedi: "ABŞ, sionizm, qərb və vəhabi başçıları yaxşı bilirlər ki, onların məzlumlara qarşı olan zalimanə hədəflərinə təhlükə, xalqın İslamı istəməsidir. Ona görə də İslam və şiə məzhəbi ilə mübarizəyə qalxıblar".

O artırdı: "Azərbaycan Respublikası mövzusunu ən əsas məsələlərdən bilməliyik. Çünki bu günləri Azərbaycan Respublikası dindarları xas bir şəraitdədirlər və imam Hüseyn (ə) məktəbinin təlimləri olan zülm qarşısında zilləti qəbul etməmək və müqavimətdən ilham alaraq, islamofobiya qarşısında dayanıblar"”.


Geri qayıt