Əsas Səhifə > Partiya > TAHİR KƏRİMLİDƏN MÜXALİFƏTƏ AĞIR SÖZLƏR

TAHİR KƏRİMLİDƏN MÜXALİFƏTƏ AĞIR SÖZLƏR


14-05-2013, 08:37
TAHİR KƏRİMLİDƏN MÜXALİFƏTƏ AĞIR SÖZLƏR
Bu günlərdə AXCP funksioneri Xaliq Bahadır müxalif cəhbəni, xüsusilə də İctimai Palatanı sərt tənqid edib. O, Azərbaycan müxalifətində "mütəşəkkil cinayətkar dəstə" formalaşdığını bildirib, Müsavat partiyasının rəhbərliyinin ünvanına kəskin ittihamlar səsləndirib.

Seçki prosesi yaxınlaşdıqca, radikal müxalifət cəbhəsində müttəfiq partiyalar olan AXCP və Müsavat arasında bu gərginlik və qarşılıqlı ittihamlar nədən xəbər verir? Bu sualı “Vəhdət” partiyasının sədri Tahir Kərimliyə ünvanladıq. Kərimli Milli.A-a açıqlamasında fikirlərini belə ifadə edib:

“Xaliq Bahadır həmişə radikal mövqeyi ilə seçilib. Əgər məcazi məna olsa, bunu qəbul etmək olar. Ancaq mütəşəkkil cinayətkar dəstə adı artıq cinayət hadisəsidir. Sadəcə, ictimai qaydanı pozmaq, mülki və ya inzibati məsuliyyət deyil, birbaşa cinayət məsuliyyəti tələb edən bir ifadədir. Əgər o, doğrudan da, belə bir əməli bilirsə, belə bir əməlin sahibini bilirsə, açıqca deməlidir. Bildirməlidir ki, bu cinayətkarlıq, quldurluq nədə ifadə olunur. Ona görə ki, cinayətin gizlədilməsi məsuliyyətə səbəb olur. Əgər o, məcazi mənada işlədirsə, bunu da ifadə etməlidir ki, məcazi mənada işlədir”, - o əlavə edib.

Kərimli, həmçinin vurğulayıb ki, AXCP funksionerinin Müsavat Partiyasını tənqid etməsi həmin cəbhədəki mənəvi və siyasi cəhətdən açıq qarşıdurmadan xəbər verir.

“Bu hadisə hətta gizlində gedən prosesin üzə çıxmasıdır. Məlumdur ki, AXCP yetkililəri də, Müsavat yetkililəri də sosial şəbəkələrdə bir-birlərini gözdən salırlar. Bir liderin böyük görünməsi üçün digərini gözdən salırlar. Daha özləri böyüməyə çalışmırlar. Bu deqradasiya prosesinin bariz mübarizəsidir. Müxalifət açıq-aşkar məğlubiyyətini duyur və özünü kompensasiya etmək üçün bu cür vasitələrdən istifadə edir”, - T.Kərimli qeyd edib.

Geri qayıt