Əsas Səhifə > Güney Press, Araşdırma > ELŞAD ABDULLAYEVƏ TƏKLİF GÖNDƏRİLİB
ELŞAD ABDULLAYEVƏ TƏKLİF GÖNDƏRİLİB14-05-2013, 08:41 |
BAŞ PROKURORLUQ KEÇMİŞ REKTORDAN CAVAB GÖZLƏYİR Məlum olduğu kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan baş nazirin müavini Elçin Əfədndiyevin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Vaqif Hüseynin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə mayın 22-də davam edəcək. Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Rektorun 1991-ci ildən tanıdığı və yaxın ünsiyyətdə olduğu baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi 1 000 000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb, ələ keçirərək dələduzluq edib. E.Abdullayev zərərçəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata götürülüb. Həm də istintaqın davam etməsi üçün baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib. Gülər Əhmədovanın vəkili Raqif Mustafayev deyir ki, Elşad Abdullayevin yaydığı video görüntülərlə əlaqədar tutulan sabiq millət vəkili istintaqa ifadə verməkdən imtina edib. O, E.Abdullayevin dindirilməyəcəyi təqdirdə istintaqa ifadə verməyəcəyini açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov keçmiş rektorun istintaqa ifadə vermək məsələsini mətbuata danışıb: “Cinayət işi üzrə ifadə verməsi ilə bağlı təklif Elşad Abdullayevin özünə və onun nümayəndəsinə rəsmi qaydada çatdırılıb. Hazırda həmin işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”. Geri qayıt |