Əsas Səhifə > Dünya > BERLUSKONİYƏ ÖMÜRLÜK HƏBS CƏZASI İSTƏNİLDİ

BERLUSKONİYƏ ÖMÜRLÜK HƏBS CƏZASI İSTƏNİLDİ


14-05-2013, 09:48
BERLUSKONİYƏ ÖMÜRLÜK HƏBS CƏZASI İSTƏNİLDİ
Milanda İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin məhkəməsinə çıxan prokuror İlda Bokassini mayın 13-də ona 6 il həbs cəzası kəsilməsini istəyib. Prokuror 2010-cu ildə 17 yaşlı mərakəşli rəqqas Kərimə əl-Maruqla (Rubi) intim münasibətlərdə təqsirli bilinən sabiq baş naziri ömrünün sonunadək dövlət vəzifəsi tutmaq hüququndan məhrum etmək tələbi də qoyub.

Siyasətə 1994-cü ildə gələn Silvio Berluskoni həmin ilin may ayında baş nazir seçilib və bu postda dekabr ayına kimi qalıb. 2001-2006-cı illərdə və 2008-ci ilin aprelindən 2011-ci ilin noyabrına kimi də baş nazir postunu tutub.

Bu ilin fevralında onun sağ mərkəz bloku parlament seçkisinə qatılıb. Partiya aşağı palatada ikincilik, yuxarı palatada isə birincilik əldə edib. \ "Media forum" \

Geri qayıt