Əsas Səhifə > Sosial, Manşet > AYDIN ƏLİYEV «ROKFELLER»İ BELƏ SIRADAN ÇIXARIR
AYDIN ƏLİYEV «ROKFELLER»İ BELƏ SIRADAN ÇIXARIR14-05-2013, 11:08 |
ASTARA GÖMRÜK İDARƏSİNDƏN HESABAT İSTƏNİLDİ: TƏFTİŞ QƏRARI DA VAR DİA.AZ: - Keçən günlərdə Astara Gömrük İdarəsinin rəisi «Rokfeller» ləqəbli Hikmət Məmmədovla bağlı ilginc faktları diqqətinizə çatdırmışdıq. Onu da bildirək ki, bu məlumatlar hətta hakimiyyət daxilində də böyük rezonansa nədən olub. Belə ki, DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq Hikmət Məmmədov təqdim olunan ittihamlar üzərə dindirilib. Məlumatlı mənbənin söylədikləri: «Onsuz da Hikmət Məmmədovun gedişi planlaşdırılır. Lakin hələlik «yuxarıların» konkret qərarı olmadığından onun və Dövlət Gömrük Komitəsinin daha bir neçə yüksək rütbəli məmurunun istefaya göndərilməsi məsələsində yubaknmalar var. Amma son açıqlanan faktlar yetərli oldu ki, Hikmət Məmmədovun məsələsinə «növbədənkənar» baxılsın». Mənbəmiz bildirir ki, bir həftə ərzində Hikmət Məmmədov Astara Gömrük İdarəsinin fəaliyyəti ilə bağlı hesabat xarakterli materialı DGK rəhbərliyinə təqdim etməlidir: «Əslində bu hesabatı hələ də gömrük orqanlarını nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun istəməsi faktdır. Amma burada bir maraqlı məqam da var ki, DGK rəhbərliyi tərəfindən paralel olaraq bir neçə gömrük strukturunun, həmçinin Astara gömrük idarəsinin fəaliyyətinin araşdırılması üçün rəsmi qaydada Hesablama Palatasına da müraciiət edilib». Mənbəmiz iddia edir ki, məsələnin bu həddə çatması Hikmət Məmmədovun rəsmən bitirilməsi anlamına gəlir: «Doğrudur, hələ bu günə kimi Hesablama Palatasının açıqladığı rəqəmlər üzərə şiddətli cəza tədbiri müşahidə olunmayıb. Amma gömrüklə bağlı vəziyyət tamam fərqli olduğundan, burada sərt cəzanı bəri başdan anons etmək olar». Onu da qeyd edək ki, uzun müddətdir Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Astara Gİ-nin rəhbəri Hikmət Məmmədovun münasibətlərinin sərin olduğu söylənilir. Geri qayıt |