Əsas Səhifə > Şou-biznes > "PUL VERMƏK İSTƏYİRSƏ, GƏLSİN EVİMƏ"...

"PUL VERMƏK İSTƏYİRSƏ, GƏLSİN EVİMƏ"...


15-05-2013, 08:36
"PUL VERMƏK İSTƏYİRSƏ, GƏLSİN EVİMƏ"...

“Səməd Səmədov mənim yolumu davam edən müğənnidir. Xəstə olanda yanıma gəlirdi, dərman pulumu verirdi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “ATV” telekanalında yayımlanan “Gün keçir” verilişində müğənni Əli Mirəliyev deyib.

O, Səməd Səmədovun “Əli Mirəliyevi görsəm, cibinə 200-300 manat pul basacam” sözlərinə isə belə cavab verib:

“Mənim kişiliyimə sığmaz Səmədin yanına gəlim ki, cibimə pul qoy. O, mənə pul vermək üçün yanına gəlməyimi niyə gözləyir ki? Əgər istəyirsə, gəlsin evimə”.
Efirdə qonaq olan Səməd Səmədov isə yarızarafat halda Əli Mirəliyevin hesabına gündəmdə qaldığını deyib:
“Əli, mənim haqqımda bir az çox danış ki, gündəmdə qalım. Neçə vaxtdır susmusan deyə yaddan çıxmışam. Efir bitən kimi sizə qonaq gələcəyəm”.

Geri qayıt