Əsas Səhifə > Sosial, Manşet > ARZU RƏHİMOV MÜƏLLİMLƏRİN PULUNU VERMİR

ARZU RƏHİMOV MÜƏLLİMLƏRİN PULUNU VERMİR


15-05-2013, 09:25
ARZU RƏHİMOV MÜƏLLİMLƏRİN PULUNU VERMİR
DÖVLƏT XİDMƏTİNİN 378 MİN MANATLIQ BORCUNU KİM ÖDƏYƏCƏK?

DİA.AZ: - Şəxsi işimlə bağlı Şirvanda yerləşən regional qeydiyat-imtahan və texniki baxış şöbəsində olarkən çayxanada bir qrup şəxsin əmək haqqı barədə mübahisəsi diqqətimi cəlb etdi.. Bir az dinlədim, maraqlı olduğu üçün sonradan söhbətə qoşuldum.

Mübahisə edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Hacıqabul, Şirvan, Sabirabad, Saatlı və Salyan üzrə işçiləri olmaqla, uşaqları qeyd olunan rayonlardan imtahana gətirilməsinə dair hazırlıq tədbiri idi.

Müəllimlər bildirdi ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) dövründə belə bir problemləri olmayıb. 2012-ci ilin iyulunda Cəmiyyət ləğv edilib və onun struktrları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindinin tabeliyinə keçib. Sonradan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC təsis edilib və KHVTİC-nin üzvləri bu qurumda fəaliyətlərini davam etdirməyə başlayıb. Hazırda 70-dən çox belə təlim mərkəzi var. Mərkəzin rəisi Şahvələd Əliyevdir . O, bundan əvvəl Dövlət Sərhəd Xidmətində çalışıb.

Mərkəz yaranandan sonra sürücülük kursları istisna olmaqla, KHVTİC-nin bütün təlim kursları dayandırılıb. Bu qurumda çalışan işçilər (müəllimlər) 2012-ci ilin avqustından bəri maaşlarını ala bilmir. Əslində rayonlardaki bu şöbələr təsərrüfat hesabına çalışır, yalnız Dövlət Xidməti tərəfindən göndərilən şagirdlrə görə müəllimlərə əmək haqqı ödənilməlidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə kursların dayandırılmasının KHVTİC-in bazasında yaradılmış "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin strukturunun tam formalaşmaması ilə əlaqələndirir.

Amma Xidmətin rəisi Arzu Rəhimov ötən ilin avqustun əvvəlində, bir də bu ilin fefralında sərəncam imzalayıb ki, dövlət hesabına sürüçlük kursları respuplika üzrə fəaliyətini davam etdirsin və ordu üçün lazımi sürücüləri hazırlasın. Deməli, dövlətin hesabından bu xidmətə pul ayrılıb ki, hörmətli Arzu müəllim belə bir sərəncam imzalayıb.

Xidmətin Dövlət hesabından rayon şöbələrinə göndərişi ilə ildə ən azı 7-10 min nəfər çağırışçı gənc sürücülük kurslarına cəlb edilir. Dövlətin büccəsindən isə 1 şagird üçün 225 manat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hesabına pul ödənilir.

Ayrılan vəsaitdə digər xərclərlə yanaşı, belə müəssələrdə çalışan müəllimlərə ayda əmək haqqı verilməsi də nəzərdə tutulub. Nəzərə alsaq ki, 77 müəssənin hər birində ən azı 4 müəllim çalışır, bu hesabla təlimçilərin sayı 300-dən az deyil. 1 müəllimin aylıq əmək haqqı təxminən 140 manatdırsa, bu, ümumilikdə 42 min manat təşkil edir. Belə çıxır ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC 9 aya görə hər müəllimə 1260 manat, 300 müəllimə isə ümumilikdə 378 min manat borcludur.

Adının çəkilməyini istəməyən mənbələrdən əldə etdiyimiz məlumatda bildirilir ki, dövlət tərəfindən əmək haqından əlavə olaraq, müəssisəyə rayonlardakı məktəblərin maddi-texniki bazasını yaxşılaşdrmaq məqsədi ilə əlavə vəsait də ayrılır. Hələlik bu vəsaitin hara və necə xərcləndiyinə dair bilgimiz yoxdur. Düşündürücü məqam budur ki, məktəblərin maddi-texniki bazası həqiqətəndə lazımi səviyyədədirmi? adları kurslara yazılan çağırışçılar təlimə nə dərəcədə cəlb edilir?- bunlar ayrıca araşdırma mövzusudur.

Qeyd edək ki, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb. infom.az

Geri qayıt