Əsas Səhifə > Dünya > DEPUTAT QƏZAYA DÜŞDÜ

DEPUTAT QƏZAYA DÜŞDÜ


15-05-2013, 11:37
DEPUTAT QƏZAYA DÜŞDÜ
ONUN MAŞINI AVTOBUSLA TOQQUŞUB

"Türkiyə-Azərbaycan" parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Parlamentinin Ədalət və İnkişaf Partiyasından deputatı Necdət Ünüvar Ankarada avtomobil qəzasına düşüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.
Ötən gecə deputatın avtomobili avtobusla toqquşub. Nəticədə Ünüvar xəsarətlər alıb. Lakin hazırda onun həyatı üçün təhlükə yoxdur.
Ünüvar Atatürk adına xəstəxanaya yerləşdirilib. Hadisə yerində istintaq qrupu çalışır.

Geri qayıt