Əsas Səhifə > Dünya > ABŞ-IN ANTİİRAN JESTİ

ABŞ-IN ANTİİRAN JESTİ


15-05-2013, 11:45
ABŞ-IN ANTİİRAN JESTİ
KONFRANSDA İŞTİRAKDAN İMTİNA ETDİLƏR

ABŞ BMT-nin tərksilah konfransında iştirakdan imtina edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb tədbirə İranın sədrlik edəcək olmasıdır.

Xəbərdə bildirilir ki, ABŞ sanksiyaya məruz qalmış ölkələrin rəsmi və ya protokol vəzifələri icra etməsinə qadağa qoyulması fikrinə sadiq qalaraq bu addımı atıb.

Qeyd edək ki, BMT-nin tərksilah konfransına sədrlik 65 üzv ölkə arasında əlifba sırası ilə dövr edir. Mayın 27-dən iyunun 23-dək keçiriləcək konfransa İran sədrlik edəcək.

Geri qayıt