Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİR QARDAŞINDAN İLGİNC AÇIQLAMA

NAZİR QARDAŞINDAN İLGİNC AÇIQLAMA


15-05-2013, 11:57
NAZİR QARDAŞINDAN İLGİNC AÇIQLAMA
“Özünü hüquq müdafiəçisi adlandıran, işi-peşəsi ermənilərə yarınmaq, dövlətçiliyi təhdid etmək olan Leyla Yunusa Almaniyada mükafat verilməsində və Almaniya prezidentinin onu təbrik etməsində təəccüblü bir şey yoxdur. Əslində Almaniya öz agentinə mükafat verib və alman prezident də bu münasibətlə öz ölkəsinin agentini təbrik edib”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elton Məmmədov söyləyib.

Xatırladaq ki, Almaniyada Sülh və Demokratiya İnsitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusa mükafat verilib və bu münasibətlə onu təbrik edənlər arasında Almaniya prezidenti də yer alır. Həmkarları isə alman hökumətinin Leyla Yunus sevgisini onun dövlətçilik maraqlarına zidd fəaliyyəti və ermənipərəst mövqeyi ilə əlaqələndirirlər.
Millət vəkili Elton Məmmədov da deyilənlərlə razılaşır: “Leyla Yunus əslində ictimai fəaliyyətlə məşğul olduğunu desə də, sırf siyasi fəaliyyət göstərir. Onun siyasi fəaliyyətinin əsasını da Azərbaycan dövlətini gözdən salmaq təşkil edir. İnsanın fərqli siyasi baxışları, siyasi mövqeyi ola bilər. Lakin ümumilli məsələlərdə belə xəyanətkar mövqedən çıxış etməyin, öz ölkəni düşmən dövlətə belə satmağa hazır olmağın bir adı var ki, bu da xəyanətdir. Leyla Yunusu siyasi casusluq fəaliyyətinə görə, mükafata layiq görüblərsə, buna sevinmək yox, kədərlənmək lazımdır. O, isə nəinki bundan kədərlənir, aldığı mükafatlardan ruhlanaraq, Azərbaycan dövlətini ləkələməyə davam edir. Mən onu azərbaycanlı saymıram”.

Geri qayıt