Əsas Səhifə > Partiya > "ELDAR NAMAZOV 6 İL MÜXALİFƏTİN ÜZÜNƏ TÜPÜRDÜ"...

"ELDAR NAMAZOV 6 İL MÜXALİFƏTİN ÜZÜNƏ TÜPÜRDÜ"...


16-05-2013, 11:28
"ELDAR NAMAZOV 6 İL MÜXALİFƏTİN ÜZÜNƏ TÜPÜRDÜ"...
Politoloq Cümşüd Nuriyev hafta.az-a açıqlamasında son dövrlər Azərbaycanın daxili siyasətində baş verən prosesləri şərh edib. O bildirib ki, özlərini Milli Şura adlandıranların 1918-ci il cümhuriyyəti ilə müqayisəsi qüsurludur: “Azərbaycan müxalifətində nəinki Rəsulzadə kimi, heç ona yaxın olacaq adam yoxdur. Onu müqayisə etmək yanlışdır. Bunlar ona görə öz qurumlarını AXC-nin 95 illiyində açıqlayırlar ki, özlərini 3-cü Milli Şura kimi qəbul etdirsinlər. İkincisi 1991-ci il noyabrın 26-da yaranmışdı. Amma indiki qeyri-qanunidi. Çünki əvvəlki hər iki Milli Şura parlament funksiyasında işləyirdi, onları xalq seçmişdi. Amma bunlarda hər kəs təyin olunur. Həm də biabırçı formada 10 nəfər Müsavatda, 10 nəfər AXCP-dən, eyni sayda da “El” hərəkatından seçilməlidir”.
Politoloq Milli Şuranı boykot edənləri və qoşulması ehtimal olunanları təhlil etdikdən sonra burada yeniliyin olmayacağını dedi: “Müsavatın bu şurada olması anlaşılmır. Milli Şuranı Xalq Cəbhəsi ilə Eldar Namazov hazırladı ki, İsa Qəmbərin vahid namizəd məsələsi gündəmdən çıxsın. Bu həmin Eldar Namazovdur ki, 6 il müxalifətin üzünə tüpürdü, indi ona qucaq açıblar. Bu yeni təşkilatın ssenarisi isə Rusiya “KQB”si tərəfindən yazılıb. Rüstəm İbrahimbəyov bu günə kimi ssenari yazırdı, indi özü Rusiyanın ssenarisinə oynuyur. Həm də Müsavat lazım olan 10 nəfəri tapıb verəcək, AXCP bunu hardan tapacaq?! Əli Kərimli maksimum 5 nəfər verə bilər, digərlərini borc almalıdır. Rafiq Əliyev, Cəmil Həsənli, Firudin Cəlilov, Sərdar Cəlaloğlu (ADP), İqbal Ağazadə (Ümid), Mirmahmud Mirəlioğlu(KXCP), Rəsul Quliyev, Sülhəddin Əkbər (ACP), Əvəz Temirxan (ALP), İlqar Məmmədov (REAL), Sabir Rüstəmxanlı (VHP) və istiqlalçı deputatların hamısı bu Milli Şuranı boykot edib. Burada ancaq bu üçlüyün özlərinə uyğun seçə biləcəyi adamlar olacaq. Yeni sima yalnız iki nəfərdi: İbrahimbəyov və Mehman Əliyev. Qalanlar elə bu günə kimi danışanlar olacaq və heç bir fərqlilik olmayacaq. Ağıllı insanlar Milli Şurada olmayacaq”.
C.Nuriyevin fikrincə, məqsəd Müsavat başqanını Rusiyameyilli adlandırmaqdır: “İsa Qəmbər Rusiyaya meyil etmir. Ona görə Eldar Namazov bu görüntünü yaratmaq istəyir. Rüstəm İbrahimbəyov iyul-avqust ayında deyəcək ki, İsa Qəmbər satqındır. Prezident seçkiləri təbliğatı başlayanda Müsavatın evini Əli Kərimli, İbrahimbəyov və Namazov yıxacaq”.

Geri qayıt