Əsas Səhifə > Cəmiyyət, Manşet > YARDIMLI BƏLƏDİYYƏSİNİN TORPAQ MANİYASI
YARDIMLI BƏLƏDİYYƏSİNİN TORPAQ MANİYASI16-05-2013, 13:51 |
ÖZƏL ŞİRKƏTİN TORPAQLARI DA ÖZƏLLƏŞDİRİLİR DİA.AZ: - “Bələdiyyələrin özbaşnalıq faktları barədə çox deyilib. Fəaliyyəti özünə aid olmayan torpaq sahələrinin satılması ilə məhdudlaşan bələdiyyələr bu gün də qanunsuz əməllərini davam etdirir, gördüklərindən ibrət dərsi götürmürlər”. Bu sözlər DİA.AZ-a Yardımlı bələdiyyəsiylə bağlı göndərilən şikayət məktubundandır. Məktubda deyilir: “Yardımlı bələdiyyəsinin fəaliyyəti isə ayrı dastandır. Buna Əlihüseyn hərracı deyirlər. Yardımlı bələdiyyəsinin keçmiş sədri Ramiz Ataşovun qanunsuz əməlləri barəsində qaldırılmış cinayət işinin araşdırılmasına dair məhkəmə proseslərinə keçmiş sədrin vəfatı ilə bağlı xitam verildi. Mərhumun qırxı belə çıxmamış indiki sədr Əlihüseyn Alışov Dövlət ehtiyat fonduna və ayrı ayrı şirkətlərə aid torpaq sahələrini tam qanunsuz şəkildə, özünəməxsus hərrac qaydasında adambaşına 3000 AZN dəyərində satışa çıxardı. 10 may 2013-cü il tarixdə Bütün ölkədə Gül bayramı keçirildiyi bir vaxtda Əlihüseyn Alışov torpaq bayramı keçirdi. Belə ki, ötən əsrin 80-ci illərində yaradılmış, hətta sovet vaxtı Avropa ölkələrinə məhsul ixrac etmiş “İzmir” şirkətinin istifadəsində olan torpaq sahələri gecə ikən Əlihüseyn Alışovun göstərişi ilə ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edildi. Qeyd edək ki, şirkətə 80-ci illərdə 99 il müddətinə icarəyə verilmiş 23 hektar torpaq sahəsi son 10 il ərzində Yardımlı bələdiyyəsinin qanunsuz qərarları əsasında zəbt edilib”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |