Əsas Səhifə > Siyasət > RƏSMİ BAKI İRANA SƏRT ÜZÜNÜ GÖSTƏRİR

RƏSMİ BAKI İRANA SƏRT ÜZÜNÜ GÖSTƏRİR


11-12-2011, 12:33
RƏSMİ BAKI İRANA SƏRT ÜZÜNÜ GÖSTƏRİR

İRAN TELEVİZİYASININ NÜMAYƏNDƏSİ AZƏRBAYCANA BURAXILMADI

İran İslam Respublikası Radio Televiziyasının Bakı nümayəndəliyinin rəhbəri Əhməd Kazimi Azərbaycana buraxılmayıb.

SalamNews-un İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran Hava Yolları təyyarəsi ilə Tehrandan Bakıya uçan Kazimi ailəsi ilə birlikdə ölkədən deportasiya olunub.

Məlumatda bildirilir ki, aeroport rəsmiləri "Iran Air" təyyarəsinin uçuşunu 45 dəqiqə yubadaraq Əhməd Kaziminin həmin təyyarə ilə geri dönməsini tələb ediblər.

Geri qayıt