Əsas Səhifə > Sosial, Manşet > ELMAR VƏLİYEVİN UĞURSUZ «ÇƏTİR» YENİLƏNDİRMƏSİ
ELMAR VƏLİYEVİN UĞURSUZ «ÇƏTİR» YENİLƏNDİRMƏSİ17-05-2013, 10:09 |
İCRA BAŞÇISI GÖYƏRTƏSİNƏ MİNDİYİ GƏMİNİN BATMASINI FƏRQ ETMİR DİA.AZ: - Son zamanlar mətbuatla qalmaqal yaşayan Gəncənin icra başçısı Elmar Vəliyev yön dəyişdirib. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr verib. Qaynağın iddialarına görə, mətbu hücumların hədəfi olan başçı üzləşdiyi problemləri çözə bilməsi üçün Prezident Administrasiyasının rəhbərliyinə sığınmalı olub. Bildirək ki, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyevin qardaşı olan Elmar Vəliyevin belə bir gedişdə bulunmasını mənbəmiz onun yanlışı kimi də dəyərləndirir: «Elmar Vəliyev bu yolla PA-nın nəzarəti altında olan medianın hücumlarından müdafiə olunsa da, özünü daha böyük qüvvələrin hədəfinə çevirmiş olur. Bu həm də onu göstərir ki, Elmar Vəliyev karyera dövrünü elə ən yüksək mərtəbə olaraq icra başçısı postunda bitirmiş olacaq. Çünki sıradan bir insidentdə siyasi çətirini dəyişmək qərarını verən başçının bu minvalla çox da uzağa gedə bilməsi gözlənilən deyil». Mənbəmiz onu da əlavə etdi ki, Elmar Vəliyev ən azından mindiyi gəminin özünün batmaqda olduğunu belə nəzərə almayıb: «Məlumdur ki, son zamanlar PA rəhbəri Ramiz Mehdiyevin mövqeləri kifayət qədər sarsılıb. Belə bir ərəfədə Elmar Vəliyevin məlum gedişi məğlubiyyəti qaçılmaz olan bir komandaya stavka təsiri bağışlayır». Geri qayıt |