Əsas Səhifə > Partiya > TAHİR KƏRİMLİ AXCP-Nİ DƏYƏRLƏNDİRİR

TAHİR KƏRİMLİ AXCP-Nİ DƏYƏRLƏNDİRİR


17-05-2013, 10:39
TAHİR KƏRİMLİ AXCP-Nİ DƏYƏRLƏNDİRİR
Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bəyan etmişdi ki, vahid namizədlə bağlı mövqeyini may ayında açıqlayacaq.

Artıq may ayının yarısı keçsə də, AXCP, hələ də, mövqeyini açıqlamayıb. Bəs özünü barışmaz müxalifət adlandıran bir partiyanın bu qədər çəkingənliyinin səbəbi nədir? Məsələyə münasibət bildirmək üçün “Vəhdət” partiyasının sədri Tahir Kərimli ilə əlaqə saxladıq. O, Milli.Az-a açıqlamasında müxalifətdə pessimizm əhval-ruhiyyəsinin mövcud olduğunu deyib.

“Milli Şura ideyasının arzuolunan formada alınmaması, İctimai Palatanın getdikcə öz funksiyalarını itirərək siyasi diskussiya klubuna çevrilməsi qeyri-ixtiyari olaraq müxalifətin ümumilikdə birliyinə, həm də onun ayrı-ayrı komponentlərinə, aparıcı partiyalarına, o cümlədən AXCP-yə təsir etməkdədir. Bu partiya oriyentir müəyyən etməkdə çətinlik çəkir. İstiqaməti axıra qədər müəyyənləşdirə bilmirlər. Məsələləri axıra qədər proqnozlaşdıra bilmirlər”, - o əlavə edib.

T.Kərimlinin sözlərinə görə, vaxt itkisi “cəbhəçiləri” möhkəm sıxır.

"Prezident seçkiləri yaxınlaşdıqca, onlar sıxılırlar, pressinq altındadırlar. Bu təzyiq altında hələ də gələcək addımları müəyyən edə bilmirlər. Belə olan təqdirdə AXCP qorxur ki, öz namizədini irəli sürsə, Müsavatda olan sindromla özləri də üzləşə bilər. Misal üçün, İsa Qəmbər namizədliyini irəli sürəndə onun tərəfdarları kimi əleyhidarları da oldu. Hətta sosial şəbəkələrdə onlara qarşı açıq tənqidlər başladı. AXCP qorxur ki, eyni aqibəti yaşayar”, - o T.Kərimli vurğulayıb.

Geri qayıt