Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA DAHA BİR BANK FIRILDAĞI QURBANI

AZƏRBAYCANDA DAHA BİR BANK FIRILDAĞI QURBANI


17-05-2013, 12:08
AZƏRBAYCANDA DAHA BİR BANK FIRILDAĞI QURBANI
«MTN HARA BAXIR» DEYƏN VƏTƏNDAŞ «BANK OF BAKU»DAN ŞİKAYƏTÇİDİR

DİA.AZ: - Redaksiyamıza bank sektorundakı özbaşınalıqlarla bağlı daha bir şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən Bakı sakini Pərviz Nəcəfzadə bildirir ki, «Bank of Baku» ilə bağlı problemlərini yoluna qoyması üçün məhkəmələrə müraciət etsə də, yenə də ənənəvi problemlə üzləşib: «Bütün məhkəmələr kredit götürənin yox, kredit verənin hüquqlarını müdafiə etdiyindən bir ildir ki, əlimdən alınan maşının üzərindəki hüququmu bərpa edə bilmirəm».

Bakı sakini yazır ki, mətbuatdan «Bank of Baku»nun arxasında İran agenturasının dayandığını da oxuyub: «Bəs dövlətimiz hara baxır? Bir ildən çoxdur ki, şəxsən mənim «hyundai-ix35» markalı maşınımı əlimdən alıb, Ədliyyə Nazirliyindəki havadarlarının əli ilə satıblar. Maşina görə ödədiyim 8 min dollarımı isə kimsə nəzərə də almayıb. Halbuki əvvəlcə maşınıma müştəri çıxan şəxsi mənə calaşdırmışdılar və o da mənə 3 min dollar halallaşmaq üçün təklif edirdi. Mən isə heç olmasa, 5 min dollar vermələrini istəsəm də, ala bilmədim. Buna baxmayaraq, bank mənim razılığım və iştirakım olmadan maşınımı hərracda öz marağına uyğun şəkildə satdı».

Bu yolla «Bank of Baku»nun neçə-neçə Azərbaycan vətəndaşını taladığını deyən şikayətçi bildirir ki, əgər bu bankın bizdən oğurladığı pullar İran kəşfiyyatına xərclənirsə, bu ölkənin xüsusi xidmət orqanları, Milli Təhlükəsizlik Nazirliyi hara baxır:

««Bank of Baku» sanki MTN-ə aylıq haqq ödəyir. Yoxsa mətbuatda bu qədər yazılan faktları araşdırıb, ortaya bir izahat verərdilər. «VikiLiks» təşkilatı da «Bank of Baku»nun İrana bağlı olduğunu yazdı. Amma yenə də Azərbaycan araşdırmağa maraq göstərmədi. Əvəzində başqa bankları bağladılar. Bunlara isə dəyən olmadı».

Məsələ ilə bağlı bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt